İnsanlara hürriyət, millətlərə istiqlal!

Xoşqədəm ayrıldığı deyilən Doğuşla bağlı paylaşım edib bunları yazdı - FOTO

11889 30.06.2023 19:45 Şou-biznes A A

Bir neçə gün əvvəl Türkiyə mətbuatında aparıcı Xoşqədəm Hidayətqızının həyat yoldaşı, müğənni Doğuşdan ayrılması ilə bağlı xəbərlər yayılıb. Hidayətqızı sosial şəbəkə paylaşımı ilə ayrılıq xəbərlərini alt-üst edib.

O, şəxsi instaqram hesabında əkiz övladları Arda və Arınla Doğuşun birlikdə olan şəklini payalaşaraq həyat yoldaşının ad gününü təbrik edib.

Aparıcı paylaşıma "Doğum günün mübarək olsun, əzizim Doğuş. Hər zaman uşaqlarının, ailənin, sevdiklərinin qürur mənbəyi olasan" sözlərini qeyd edib.

Hidayətqızı bu təbriki ilə yayılan söz-söhbətlərə son qoyub.

Qeyd edək ki, Doğuşla Xoşqədəm Hidayətqızı 9 il əvvəl evlənib. Onların əkiz oğulları var.

xosu.jpg (165 KB)

(baku.ws)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR