Xoşbəxt böcəkyığanlar
Adama elə gələ bilərdi ki, bu, FİFA-nın reytinq cədvəlidir. Ölkəmizin tutduğu yer də düz gəlirdi – 116-cı yer. Uzun illər FİFA-nın cədvəlində məhz bu yerlərdə, əsasən də 114-cü yerdə olmuşuq.
Amma cədvəlin adına fikir verməsən də, görürsən ki, yox, bu, futbol reytinqinə aid cədvəl deyil. Elə olsaydı, Danimarka birinci yerdə olmazdı, Braziliya, İspaniya olardı.
Təbii ki, söhbət xoşbəxt ölkələrin cədvəlindən gedirsə, ilk beşlikdə Norveçin, İsveçin, İsveçrənin, Danimarkanın, Kanadanın olması qayət normaldır. Çünki bu ölkələrin hamısında dost-tanışlarımız yaşayır və biz onlardan güzəranı-filanı soruşanda “əladır” cavabı alırıq.
Aydın məsələdir ki, öz güzəranını əla hesab edən adam ölkəsini də xoşbəxt hesab edəcək. Yəni əla güzəran xoşbəxtliyin əsas şərtlərindən biridir.
Hərşənd istisnalar da ola bilər. Məsələn, gözəl dolanışığa, yüksək qazanca, füsunkar təbiətə malik olan Norveçdə üç dəfə dalbadal terror aktı törədilsə, millət artıq ölkəsini xoşbəxt saymayacaq.
Deməli, xoşbəxtliyin bir şərti də təhlükəsizlik və qulaq dincliyidir.
Daha bir şərt qanunçuluq, demokratiya və insan haqlarına riayət məsələsidir. Addımbaşı qapazlanan, evi uçurulan, dövlət orqanları tərəfindən cibi soyulan insanların yaşadığı ölkə xoşbəxtlər qrafasının ön cərgələrinə düşə bilməz. Zülmdən şikayətçi olan adamları öldürsən də, “özümüzü xoşbəxt sayırıq” deməzlər.
Bu baxımdan Nigeriyanın 82-ci yerdə olması da anlaşılmır. Bu ölkənin aclıq çəkən milyonlarla insanı dünya tabloidlərinin üz qabağını bəzəyirsə, gah xristianlar cumub müsəlmanları, gah da müsəlmanlar xristianları qırırsa, Nigeriya hansı haqla gəlib bizdən az qala 40 pillə öndə yer alır?
Bu, ədalətsizlikdir və dünya birliyi buna dözməkdə düz eləmir. O siyahının ilk yüzlüyünü “xoşbəxt ölkələr”in cədvəli saymaq mümkündürsə, ikinci yüzlüyü sırf “bədbəxtlər”dən ibarətdir və bizim ölkənin o siyahıda yer alması düzgün deyil.
Çünki bu günə bu gün biz regionun lider dövlətiyik, iqtisadi artım templərinə görə dünya lideriyik, ölkəmizdə hamı telefonla danışır, yeri gəlsə hələ plazma televizorlara baxanların sayı da artır. Son model ciplərin, internet və facebook istifadəçilərinin sayını da hesaba alsaq, biz ilk yüzlüyə düşməliydik.
Bir çoxları da durub-durub Monqolustanın qonşuluğumuzda yer almasını qabardır. Xeyr, Monqolustan bədbəxt ölkə deyil, axtarsan, o siyahıdakılardan qat-qat xoşbəxt ölkədir. Vururlar arakdan (məhz arak), qımızdan, Çingiz xanın şücaətlərindən, monqol xanlarının Yaponiyadan Macarıstana qədər böyük ərazini fəth etməsindən danışa-danışa kef edirlər.
Amma ölkəmizin həmin siyahıda Zimbabvedən də geridə olması dözülməz xüsusatdır. Bilənlər bilir, bilməyənlər də bilsinlər ki, Zimbabvedə camaat rəsmən çöl-biyabana dağılışıb həşarat yığıb yeyir. Delikates kimi yox ha, aclıqdan, ehtiyacdan. Səfalətdir.
Bizdə təkcə “Qara Qarayev” metrostansiyasının həndəvərindəki şadlıq evlərində hər axşam qabaqdan qayıdan yeməklərlə aclıq çəkən qara ölkələrin bir neçəsinin əhalisini doyuzdurmaq olar.
Adam şübhələnir ki, burada mütləq erməni barmağı var, ancaq Ermənistanın siyahıdakı yeri (128) daha betər olduğundan şübhə tezcənə dağılır.
Bircə o məlum deyil ki, bu siyahını hansı kriteriyalarla tərtib ediblər. Ola bilər, həmişəki kimi, bu ölkələrdə yaşayan xalqların “özünüzü xoşbəxt sayırsınızmı” sualına verdikləri cavab əsas götürülüb.
Elədirsə, reytinq cədvəlindəki yerimizə görə heç kəsi günahkar tuta bilmərik. Elə Avropa ölkəsi var ki, əslində vəziyyəti, güzəranı Zimbabveninkindən yüz dəfə yaxşıdır, amma nə etmək olar, xalq naşükürdür, hesab edir ki, xoşbəxt deyil. Amma Zimbabvedə əksinə, həşarat toplayanlar çöldə babat çəyirtkə, böcək tutanda özlərini xoşbəxt sayırlar və deyirlər, Allah bizim ömrümüzdən kəsib prezident Muqabenin ömrünə calasın. Hətta ola bilər ki, şair təbiətli şona (yerli xalq) oğlu götürüb “Yaşa, prezidentim, yaşa” şeiri də yazır və 40 ildən bəri Zimbabveni bu qədər yüksək rufaha çatdıran lideri mədh edir.
Yəni əsas məsələ xalqın özünü xoşbəxt sayıb-saymamasıdır. Görünür, biz özümüzü futbolumuzun inkişaf səviyyəsi qədər xoşbəxt sayırıq.
Samir Sarı