İnsanlara hürriyət, millətlərə istiqlal!

Xocalıda kütləvi məzarlıq: daha 1 nəfərin şəxsiyyəti bilindi

518 18.03.2024 12:03 Ölkə A A

Xocalıda kütləvi məzarlıqda aşkar edilmiş insan qalıqlarının sayı 19-a çatıb.

Musavat.com xəbər ki, bunu bu gün Baş Prokurorluqla Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə təşkil etdiyi brifinqdə Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin rəis müavini- Kriminalistika şöbəsinin rəisi Orxan Rzayev deyib.

O bildirib ki, aşkar edilmiş insan qalıqlarının torpaqda qalma xüsusiyyətlərinə görə onların 25 il bundan əvvəl qətlə yetirildiyi məlum olub. Qeyd olunub ki, 23 fevraldan 4 marta qədər Xocalıda aşkar edilmiş kütləvi məzarlıqda istintaq işləri aparılıb.

Məhkəmə-genetik ekspertizasının hazırkı mərhələsində 9 nəfərin şəxsiyyəti müəyyən edilib:

1. Əliyev Ağaəli Naib oğlu - 01.06.1933-cü il

2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il

3. Mahmudov Akif Seydulla oğlu – 01.06.1962-ci il

4. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il

5. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935-ci il

(Xankəndi şəhər sakinləri)

6. Cavadov Əli Müsül oğlu - 15.06.1954-cü il

7. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il

8. Məhərrəmova Bəsirə Vəli qızı - 01.06.1954-cü il

9. Nəcəfov Şiraslan Məlik oğlu - 1952-ci il

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR