İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xocalı soyqırımına hüquqi və siyasi qiymət verilməsi üçün Putinə müraciət edəcəyik”

1350 25.02.2013 22:00 Gündəm A A

Tədbiri giriş sözü ilə açan “AzərRos”un prezidenti Asif Məhərrəmov və təşkilatın Ağsaqqallar Şurasının sədri Abbas Abbasov Xocalı soyqırmı barədə danışıblar.
A. Abbasov hadisənin şahidlərindən olduğunu, orada gördüklərini unuda bilmədiyini deyib: “Biz bu soyqırımın necə baş verdiyini və kimlər tərəfindən törədildiyini bilirik. Dünyada belə soyqırımlar olub və onları törədənlər üstündən neçə il keçməsinə baxmayaraq öz cəzalarını alıblar. Gec-tez bunu törədən erməni terrorçuları da öz cəzalarını alacaqlar. Bu bəyanatı verməklə biz, Rusiyada azərbaycanlıları kiməsə qarşı qaldırmırıq. Məqsədimiz Xocalı soyqırımına hüquqi və siyasi qiymətin verilməsidir”.

A. Abbasov Rusiyada yaşayan azərbaycanlılar adından prezident Vladimir Putinə Xocalı soyqırımına hüquqi və siyasi qiymətin verilməsi üçün müraciət etmək istədiyini bildirib: “Biz buna təəssüf edirik ki, artıq Rusiya prezidentinin vasitəçiliyi ilə üçtərəfli görüşlər keçirilmir. Ona görə də Rusiya prezidentinə Dağlıq Qarabağ probleminin həllində səylərini gücləndirməklə bağlı müraciət edirik”.
Tədbirdə çıxış edən Ocaq cəmiyyətinin sədri, professor Tofiq Məlikli deyib ki, Xocalıda törədilmiş soyqırımında məsuliyyət daşıyanların cəzasız qalmaları gələcəkdə də oxşar cinayətlərin təkrarlanmasına təkan verə bilər: “ Biz beynəlxalq ictimaiyyəti israrla insanlığa qarşı törədilmiş ən qəddar cinayətlərdən birinə - dinc Xocalı şəhərindəki soyqırımına hüquqi qiymət verməyə çağırırıq.”

Rusiyalı politoloq Qriqori Trofimçuk isə Xocalı faciəsinə hüquqi və siyasi qiymətin verilməsinin önəmli olduğunu söyləyib. Ermənilərin Xocalıda aeroprtu istismara vermək niyyəti haqqında danışan politoloq bu məsələdə Qərbi günahlandırıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR