İnsanlara hürriyət, millətlərə istiqlal!

Xocalı soyqırımı zamanı itkin düşmüş Vaqif və Bəsirə Məhərrəmovlarla bağlı videoçarx

1270 26.11.2020 18:32 Qarabağ xəbərləri A A

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı növbəti videoçarxı təqdim edib.

İcmadan APA-ya verilən xəbərə görə, bu dəfə 1992-ci il 26 fevral tarixində Xocalı soyqırımı zamanı itkin düşmüş Vaqif Məhərrəmov və onun həyat yoldaşı Bəsirə Məhərrəmovanın faciəli həyatından bəhs olunur.

“Bu şəxslərlə bağlı 28 ildir beynəlxalq təşkilatlara ünvanlanan müraciətlər cavabsız qalıb. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq Ermənistandan 90-cı illərdə əsir və girov götürülmüş, itkin düşmüş 4 minə yaxın soydaşımızın taleyi ilə bağlı məlumatları tələb edirik”, - deyə, qeyd olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR