İnsanlara hürriyət, millətlərə istiqlal!

Xocalı faciəsindən 29 il ötür - petisiya başladıldı

585 25.02.2021 16:51 Gündəm A A

“Bu soyqırımın günahkarları beynəlxalq məhkəmə qarşısında cavab verməlidir”

Ötən əsrin ən dəhşətli hadisələrindən birinin - ermənilərin törətdiyi Xocalı soyqırımından 29 il ötür. Soyqırım 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Ermənistan silahlı birləşmələri və Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə törədilib.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb.

Hər il Xocalı qurbanları onların xatirəsinə ucaldılan “Ana harayı” abidəsi ziyarət edilməklə anılır. Amma bu il fərqli durum yaranıb. İlk dəfə olaraq, soyqırım koronavirus səbəbindən insanların bir yerə kütləvi şəkildə toplanmasını qadağan edən ilə təsadüf edir.

Amma bununla belə, siyasi təşkilatlar tərəfindən pandemiya qaydalarına uyğun şəkildə kiçik heyətlərlə ziyarətlər gözlənilir.

Arzuxan Əlizadə: Milli birlik ölkəmizin inkişafına təkan verən mühüm amildir

 Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə bu barədə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan tarixinə ən qanlı və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir: “Azərbaycan xalqı 1948-ci il 9 dekabr ”Soyqırım cinayətinin xəbərdarlıq edilməsi konvensiyasını əldə rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivil dünyaya, bəşəriyyətə qarşı yönəldilib.

Cinayət cəzasız qalmamalıdır. Sonradan Ermənistanda mühüm dövlət postları tutan Seyran Ohanyan, eks-prezidentlər Serj Sərkisyan və Robert Köçəryan, eləcə də bu faciənin törədilməsinin bilavasitə təşkilatçısı və iştirakçısı olmuş digər cinayətkarlar baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.

Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. Bu məqsədlə artıq bir neçə ildir ki, aparılan “Xocalıya ədalət” kampaniyası müsbət nəticələr verməkdədir. Belə ki, bir sıra dövlətlərin parlamentləri, eləcə də ABŞ-ın 24 ştatı faciəyə soyqırım olaraq hüquqi  qiymət vermişlər. Amma bu hələ yetərli deyil. Hesab edirəm ki, hər birimiz fərd olaraq, həmçinin toplum halında faciənin bütün dünyada Ermənistanın dinc Azərbaycan vətəndaşlarına qarşı soyqırım aktı kimi tanınmasına və bu soyqırıma hüquqi qiymət verilməsinə çalışmalı, buna nail olmalıyıq.

Bu məqsədlə biz, Azərbaycan Milli İstiqlal Partiyası olaraq üzvü olduğumuz beynəlxalq qurumlara, əməkdaşlıq etdiyimiz siyasi təşkilatlara, ayrı-ayrı nüfuzlu siyasətçilərə mütəmadi olaraq müraciətlər ünvanlayırıq. Bu il də faciənin 29-cu ildönümü ərəfəsində növbəti dəfə bütün dünya ölkələrinə və beynəlxalq təşkilatlara müraciət edərək, bu dəhşətli qətliamı Azərbaycan xalqına qarşı törədilən genosid aktı kimi tanımağa səsləmiş, 1992-ci il fevralın 26-da baş verən bu qanlı soyqırıma hüquqi qiymət verilməsini və cinayətkarların layiq olduqları cəzanı almalarını tələb etmişik".

525-ci Qəzet - "Dalaşmaqdansa, danışmaq lazımdır" - Elşad Musayev ilə  müsahibə

Elşad Musayev 

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev istənilən şəraitdə faciə qurbanlarını ziyarət edəcəklərini söylədi: “Pandemiya şəraitindəyik.  Amma Xocalı soyqırımı abidəsini ziyarət etməyə də heç bir qadağan yoxdur. Az adamla ziyarət etməyi düşünürük”.

 

Mətləb Aslanov: "Azərbaycanı Avropaya deyil, Avropanı Azərbaycana "daşımaq"  lazımdır..." - YouTube

AĞ Partiya başqanının köməkçisi, qurumun idarə heyətinin üzvü Mətləb Aslanov da ziyarət planladıqlarını qeyd etdi: “Məhdud heyətlə olsa da, ziyarət təşkil edəcəyik. Ziyarətdə əsasən partiyanın idarə heyətinin üzvləri yer alacaq. Xocalı qurbanlarımızı hansı şəraitdə olursa-olsun, anmaq hər bir vətəndaşın borcudur. Çox güman ki, hava da çox sərt olacaq. Amma bu, ziyarət etmək istəyənlərə mane yaratmamalıdır”.

Samir Əsədli: "Əslində Azərbaycan torpaqlarının işğal faktının arxasındakı  real güc elə Rusiyadır" - VHP

Samir Əsədli

VHP İcra Aparatının rəhbəri Samir Əsədli: “XX əsr tariximizdə ən qanlı iz buraxan Xocalı soyqırımının 28 ildönümü ilə bağlı bütün ölkəboyu olduğu kimi VHP tərəfindən də tədbirlər planlaşdırılır. Pandemiya şərtlərinə uyğun olaraq geniş toplantı və Xocalı abidəsinin kütləvi ziyarəti mümkün olmayacaq. Partiya üzvləri fərdi qaydada ”Ana fəryadı" abidəsini ziyarət edəcəklər, eyni zamanda VHP Xocalı rayon təşkilatının üzvləri Gəncədə Xocalı abidəsini ziyarət edəcək.  Bundan başqa VHP beynəlxalq aləmdə Xocalı soyqırımının tanınması, erməni faşizminin ifşası üçün diaspora imkanlarından da hər zaman istifadə edib".

Xocalı soyqırımının tanıdılması, bu faciəni törədənlərin hüquqi müstəvidə cinayət məsuliyyətinə cəlb edilməsi və haqq səsimizin dünyaya çatdırılması məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində petisiyaya imza toplanmasına başlanılıb.

Musavat.com xəbər verir ki, petisiya beynəlxalq təşkilatlara, beynəlxalq məhkəmələrə və müxtəlif ölkələrin xarici işlər nazirliklərinə ünvanlanıb.

Petisiyada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi soyqırım barədə məlumat verilir, Ermənistan hakimiyyətinin törətdiyi bu cinayətə hüquqi müstəvidə qiymət verilməsi tələb olunur, Xocalı faciəsini törədən cinayətkarların məsuliyyətə cəlb edilməsi və faciənin “soyqırım aktı” kimi qiymətləndirilməsinə çağırış edilir.

“Xocalıya ədalət” beynəlxalq kampaniyası tarixi ədalətin bərqərar olması, bəşəriyyətə qarşı belə cinayətlərin təkrar olunmaması naminə hər bir kəsi petisiyanı imzalamağa çağırır!

Sözügedən petisiyanı imzalamaq üçün linki təqdim edirik:

http://justiceforkhojaly.org/petition ttp://justiceforkhojaly.org/petition

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR