İnsanlara hürriyət, millətlərə istiqlal!

Xocalı aeroportu yazda işə salına bilər

1468 23.01.2014 16:09 Son xəbər A A
Ermənistanın Baş Mülki Aviasiya İdarəsi bu ilin yazında Xocalı (Stepanakert) aeroportunun monitorinqini aparacaq. Musavat.com-un erməni mətbuatına istinadən verdiyi məlumata görə, bunu idarənin rəisi Artyom Movsesyan deyib.

Onun sözlərinə görə, audit obyektin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) standartlarına uyğun olub-olmaması predmeti üzrə aparılacaq. “Ötən il biz bəzi texniki qusurlar aşkarlamışdıq, hansıları ki, həmkarlarımız düzəltməyə söz vermişdilər. Bu yaz biz qəti şəkildə əmin olmaq istəyirik ki, hava limanı uçuşları qəbul edə bilər”, - deyə Movsesyan bildirib. 

“Bəs yoxlamanı niyə İCAO yox Ermənistan Mülki Aviasiya İdarəsi aparacaq” sualına o, belə cavab verib: “Stepanakert aeroportu hələlik İCAO-da qeydiyyata alınmayıb”. 

Yada salaq ki, rəsmi Bakı Xocalı hava limanının istismarının beynəlxalq hüquqa zidd olduğu və qanunsuz uçuşlar həyata keçirilərsə ən sərt kontur-tədbirlər gərəcəyi haqda erməni tərəfini dəfələrlə xəbərdar edib. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR