İnsanlara hürriyət, millətlərə istiqlal!

Xlor sızması 100 min somon balığının məhvinə səbəb oldu

764 14.08.2021 18:32 Son xəbər A A

Norveçdə balıq istehsal edən şirkətdə suya xlor sızması nəticəsində 100 min somon balığı məhv olub.

Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, xlor sızıntısı şirkətdə sənaye suyunu dezinfeksiya etmək üçün istifadə olunan xlor çənindən balıq qəfəsinə tökülüb.

Xlorun Atlantik okeanına da yayıldığı məlum olub. Lakin mütəxəssislər bununla bağlı hər hansı təhlükə olmadığını bildirib.

Məsələ ilə bağlı Norveçdə aidiyyəti orqanlar tərəfindən istintaq başlayıb. Həmçinin xlor sızmasının ətraf mühitə təsiri də araşdırılır.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR