İnsanlara hürriyət, millətlərə istiqlal!

Xızıda polis tərəfindən koronavirus pandemiyası ilə əlaqədar maarifləndirmə tədbirləri davam etdirilir - FOTOLAR

373 29.03.2020 12:17 Ölkə A A

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Musavat.com-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi məqsədi ilə rayon ərazisində yerləşən küçə və prospektlərdə, eləcə də qəsəbələrdə xidməti avtomobillərdə olan səsgücləndiricilər vasitəsilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər və tətbiq olunan qaydalar barədə əhaliyə məlumat verirlər.

Bundan əlavə şöbə əməkdaşları qəbul edilən xüsusi karantin rejiminə əməl etməyən, yaşı 65-dən yuxarı olan şəxslərə respublikamızda həyata keçirilən bütün tədbirlərin sakinlərin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət etdiyini bildiriblər.

Vətəndaşlara bu müddət ərzində özlərinin və yaxınlarının sağlamlıqları üçün evdə qalmalarının vacibliyini qeyd edən polislər, həmin şəxslərin yaşadıqları ünvanlara qaytarılmasını təmin edirlər.

Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR