İnsanlara hürriyət, millətlərə istiqlal!

Xırdalanda yaşayış binasında baş verən yanğın söndürülüb - (Yenilənib 2 - Foto-Video)

3851 12.12.2013 20:05 Hadisə A A
20:04

Xırdalanda 13 mərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.

APA-nın məlumatına görə, yanğının qarşısı yanğınsöndürənlər tərəfindən alınıb. Hazırda binanın çardaq hissəsində tüstülənən hissələrə su vurulur, yanğın-kəşfiyyat işləri aparılır. Bəzi məlumatlara görə, binanın yuxarı mərtəbəsində 3 mənzilə ciddi ziyan dəyib.
 
Yanğının başvermə səbəbləri araşdırılır.
 
19:18

Fövqəladə Hallar Nazirliyi Xırdalanda çoxmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb.

Trend-in məlumatına görə, nazirliyin rəsmi saytında qeyd olunur ki, Abşeron rayonu, Xırdalan şəhərində 13 mərtəbəli yaşayış binasının çardağında yanğın baş verib. Dərhal FHN-in müvafiq qurumları hadisə yerinə cəlb edilib.

Hazırda binanın çardağının yanar konstruksiyaları yanmaqda davam edir. Nazirliyin xilasediciləri vətəndaşları təhlükəsiz əraziyə təxliyyə edir və təhlükəsizlik tədbirləri görürlər.

Xəsarət alanlar barəsində məlumat yoxdur. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.


18:33

Hadisə şahidlərinin Qaynar.info-ya verdiyi xəbərə görə, baş verən yanğının miqyası böyüməkdə davam edir. Hava küləkli olduğuna görə, yanğınsöndürənlər güclü alovun qarşısını almaqda çətinlik çəkir.

Binada və atrafda yaşayan insanlar ərazidən evakuasiya olunub. Hadisə yerinə əlavə yanğınsöndürən qüvvələr cəlb olunub.



*  *  *  *

Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Xırdalan şəhəri, 28-ci məhəllədə çoxmərtəbəli yaşayış binasının şaxtasında meydana gəlib.
 
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb olunublar.
 
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. 




Foto: qaynar.info və facebook sosial şəbəkəsinə məxsusdur

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR