İnsanlara hürriyət, millətlərə istiqlal!

Xırdalanda maşınların şüşəsini sındıraraq oğurluq edən şəxsə cəza kəsilib

859 05.07.2020 11:14 Kriminal A A

Xırdalanda maşınlara qənim kəsilən şəxs hakim qarşısına çıxarılıb. Məlum olub ki, o maşınların şüşəsini sındıraraq oğurluq edirmiş.

Musavat.com xəbər verir ki, oğurluqda təqsirləndirilən 29 yaşlı Əsədov Vasif Cəlilağa oğlu Abşeron Rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib.

İttihama görə Vasif Əsədov Xırdalanda Firdovsi Cəbiyevə məxsus “Toyota Land Cruiser 200” markalı avtomobildən qapını açmaq yolu ilə 3600 manat, Sadiq Əlizadəyə məxsus “Hyundai Sonata” markalı avtomobilindən şüşəsini sındırmaqla 401 manat nağd pul, video registrator və mobil telefon, Ülviyyə Qədimovaya məxsus “Nissan Sunny” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə 1200 manat nağd pul oğurlayıb.

Hökmdən narazı qalan Vasif Əsədov apellyasiya şikayəti verib. Onun apellyasiya şikayəti təmin edilməyib.

İlkin Muradov
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR