İnsanlara hürriyət, millətlərə istiqlal!

XİN:Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlər müzakirə olunub

954 05.03.2016 19:43 Siyasət A A

Azərbaycanın XİN rəhbəri  Elmar Məmmədyarov və Bakıda səfərdə olan Rusiya XİN rəhbərinin müavini Qriqoriy Karasin Xəzər dənizində beynəlxalq əməkdaşlığa dair sənədlərin hazırlanması prosesini müzakirə ediblər.
 
APA-nın “RNS”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya xarici siyasət qurumunun rəsmi saytında bildirilir.
 
“Xüsusi diqqət Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusuna və Xəzər dənizində beynəlxalq əməkdaşlığa dair sənədlərin hazırlanması prosesinə ayrılıb”, - deyə məlumatda bildirilir.
 
Məlumatda qeyd olunur ki, söhbət zamanı tərəflər arasında bölgədə vəziyyətin inkişafı, Rusiya və Azərbaycanın qonşu dövlətlərlə qarşılıqlı əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilib.   
Sosial səhifələrdə paylaş

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR