"Son günlər ərzində Azərbaycan və Türkiyə Ukraynadakı vətəndaşlarının təxliyəsi ilə məşğuldur. Səfirliklərimiz qarşılıqlı dəstək formasında çalışırlar".
Musavat.com "Report"a istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
“Təxliyə zamanı Türkiyə və Azərbaycan vətəndaşı arasında heç bir fərq qoyulmur“, - nazir vurğulayıb.






