İnsanlara hürriyət, millətlərə istiqlal!

Xidmət rəisi: "Türkiyə vətəndaşları Azərbaycana rahat şəkildə səfər edirlər"

335 13.09.2019 12:39 Yaşam A A

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov sentyabrın 1-dən etibarən Azərbaycan və Türkiyə arasında viza rejiminin ləğv olunmasının üstünlüklərini açıqlayıb.

"Report"n xəbərinə görə, xidmət rəisi bu günə kimi Türkiyə vətəndaşlarına tətbiq olunan vizanın sadələşdirilmiş viza qaydası olduğunu xatırladıb.

O bildirib ki, viza rejiminin ləğvi ilə bu günə qədər hava limanında sərf edilən 5-10 dəqiqəlik vaxt, hansısa bir bürokratik maneəni aradan götürüb və Türkiyə vətəndaşlar artıq rahat qaydada ölkənin bütün sərhəd nəzarət buraxılış məntəqələrindən keçə bilərlər.

V.Hüseynov əlavə edib ki, viza rejimin ləğvi miqrasiya prosesinin asanlaşması deməkdir: "Bu razılaşmaya əsasən Türkiyə vətəndaşları 30 gün müddətində Azərbaycanda ola bilərlər.

Həmçinin qeyd edim ki, viza ilə bağlı tələb olanda ölkəyə səfər zamanı bəyan edilmiş məqsəd miqrasiya qanunvericiliyi ilə müəyyən edilirdi.

Ancaq vizasız qaydada tətbiq olunan bütün maneələr aradan götürülüb və necə ki, Azərbaycan vətəndaşları Türkiyəyə səfər edə bilir. Eyni qaydada Türkiyə vətəndaşları da rahat şəkildə ölkəmizə səfər edirlər. Bu baxımdam heç bir problemli məqam yoxdur. Dövlətin aidiyyəti orqanlarının da vəzifələri ondan ibarətdir ki, hər hansı narahatlıq yaradan məqam olsa, bunun qarşısı alınsın. Bu gün üçün hər şey qaydasındadır".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR