İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xəzərin statusu haqqında konvensiya Ermənistanın iqtisadi və enerji təcridini daha da gücləndirəcək” - erməni politoloq

747 15.08.2018 19:08 Region A A

“Ermənistan Xəzərdən çox aralı yerləşir. Lakin Xəzər dənizinin statusunun onun maraqlarına toxunmadığı qədər uzaq məsafədə deyil”.

Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu sözləri enerji təhlükəsizliyi üzrə ekspert, politoloq Vahe Davtyan deyib.

Onu sözlərinə görə, konvensiya Ermənistanın maraqlarına birbaşa zərər vurmasa da ona neqativ təsir göstərir.

“Geopolitik nöqteyi nəzərdən bu konvensiyanın imzalanması ilə Ermənistan özünün hərbi-siyasi və geosiyasi əhəmiyyətini itərəcək”, - deyə V.Davtyan bildirib.

Ekspertin fikrincə, Krımın işğal edilməsi, Suriyadakı qazandığı müvəffəqiyyətlər və Xəzər dənizinin statusu haqqında konvensiya ilə Rusiya faktiki olaraq “Qara dəniz-Xəzər dənizi” bölgəsini öz nəzarəti altına almağı bacarıb. Belə olan halda Ermənistanın Rusiyanın Zaqafqaziyadakı forpostu rolu tamamilə itir.

Bundan başqa bəhs edilən konvensiya sayəsində Azərbaycan, İran və Rusiyanın iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlığı güclənir ki, bu da Ermənistanın maraqlarına birbaşa zərbədir.

“Bu gün biz əvvəllər Ermənistan ərazisindən keçməli olan nəqliyyat- daşıma layihələrinin indi Azərbaycan ərazilərinə yönəldiyini görməliyik. Xəzər konvensiyası bu prosesi daha da tezləşdirəcək. Söhbət həm də İran-Ermənistan dəmiryolu layihəsinin dondurulması və bu marşrutun Azərbaycanla sərhədə yönəldilməsindən gedir”, - erməni politoloq qeyd edib.

Vahe Davtyan İran-Ermənistan-Gürcüstan-Rusiya enerji dəhlizinin də təhlükə altına düşdüyünü vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR