İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzərdə üzən gəmilər küləkli hava şəraiti səbəbindən fəaliyyətini bərpa edə bilməyib

778 09.05.2022 13:33 Son xəbər A A

Xəzər hövzəsində üzən gəmilər küləkli hava şəraiti səbəbindən fəaliyyətini bərpa edə bilməyib.

"Report" xəbər verir ki, hazırda Xəzər dənizində dalğanın hündürlüyü 5 metrə çatır.

Sürəti 20-25 m/san çatan Şimal, Şimal-Şərq küləyi müşahidə olunur.

"Report"un əməkdaşının da göyərtəsində olduğu və mayın 5-də ilk reysə çıxan RoPax tipli "Zərifə Əliyeva" gəmi-bərəsi hazırda Qazaxıstanın Kurık limanından 5 dəniz mili (təxminən 9 km) məsafəsindən sığınacaqda gözləməkdədir. İlkin proqnoza görə, küləyin mayın 10-u günün ikinci yarısında səngiyəcək və gəmilərin hərəkətinə icazə veriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR