İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzərdə gəmidə baş verən yanğın nəticəsində yaralananlar xəstəxanaya çatdırılıb

1382 09.05.2019 09:05 Son xəbər A A

Xəzər dənizində "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsarfil Hüseynov" borudüzən gəmisində baş verən yanğın nəticəsində yaralananlar xəstəxanaya çatdırılıb.

Trend-ə şirkətdən verilən məlumata əsasən, müxtəlif dərəcəli yanğın xəsarətləri alan 14 nəfər "Citadel" gəmisi vasitəsi ilə gecə saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb.

Şirkət qeyd edib ki, baş verən hadisə zamanı gəmi heyətindən xəsarət alan olmayıb və hazırda gəminin gələcək təhlükəsizlik fəaliyyətinə səbəb olacaq risk yoxdur: "Saipem" şirkəti gedişatı nəzarətə götürüb və müntəzəm olaraq yenilənən xəbərləri çatdıracaq".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR