İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzər TV-nin təsisçisi: “TV-yə və radioya şəxsən özüm nəzarət edirəm”

4461 08.03.2014 13:27 Media A A
Son günlər mətbuat orqanlarında Xəzər TV-nin “nurçu şəbəkəsi”nə aid olması ilə bağlı yayılan xəbərlərə televizyanın təsisçisi Asəf Hacıyev sərt reaksiya verib. “Xəzər” TV 2007-ci ilin oktyabrında, radionun isə 2008-ci ilin may ayında yarandığını bildirən Asəf Hacıyev istər televiziya, istərsə də radionun təsisçilik hüququ yalnız ona məxsus olduğunu bildirib. 
Bu barədə Azadinform-un sualına cavablandırarkən Xəzər TV-nin təsisçisi Asəf Hacıyev deyib.

A.Hacıyev bildirib ki, televiziya yaranan zaman “Samanyolu” TV-nin Azərbaycan nümayəndəliyinin texniki avadanlıqlarını dəyəri ödənilməklə  alıblar: “İşçilərin peşəkarlığını nəzərə alıb əmək müqaviləsi əsasında onların bəzilərini Xəzər TV-də və eyni adlı radioda işə götürdük. Hamı kimi onlar da əmək müqaviləsi ilə çalışır və əmək haqqı alırlar.”
A.Hacıyev əlavə edib ki, yarandığı gündən bu vaxtadək TV-yə və radioya kadrların yerləşdirilməsindən tutmuş, proqram və verilişlərin yayımına qədər şəxsən özü nəzarət edir. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR