İnsanlara hürriyət, millətlərə istiqlal!

“XƏZƏR LƏNKƏRAN”ın STADIONU SEL ALTDA QALDI

950 12.09.2010 09:31 Ölkə A A
Belə ki, Lənkəran çayının məcrasından çıxması nəticəsində stadionun inzibati binası, otel və digər binalar da daxil olmaqla kompleks tamamilə su altında qalıb: “İki gündür ki, gecə-gündüz çalışırıq. Stadionun üzərində 10-15 santimetr qalınlığında lil-palçıq qatı yaranıb. İnzibati binamızın birinci mərtəbəsi su altındadır. Daxili qüvvələrin köməyi ilə vəziyyətdən çıxmağa çalışırıq”.
H.Hacıyev onu da deyib ki, stadionu tezliklə normal vəziyyətə gətirməyə çalışacaqlar: “Əgər lil-palçıq qatını tezliklə təmizləmək mümkün olmasa, stadionun ot örtüyü yararsız vəziyyətə düşəcək. Çalışacağıq ki, sentyabrın 25-dən etibarən “Xəzər Lənkəran” rəqiblərini burada qəbul etsin. Amma əvvəlcədən heç nəyi əminliklə söyləyə bilmərəm”.
Qeyd edək ki, Lənkəran şəhər stadionunda qış mövsümünə hazırlıq işləri səbəbindən “Xəzər Lənkəran”ın sentyabrın 12-də MOİK-lə oyunu Bakıda keçiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR