İnsanlara hürriyət, millətlərə istiqlal!

"Xəzər dənizinin dibinin bölünməsi məsələsi Avropa İttifaqı üçün maraqlı olmalıdır"

216 06.11.2021 14:26 Son xəbər A A

"Xəzər dənizinin dibinin  bölünməsi məsələsi Avropa İttifaqı üçün maraqlı olmalıdır".

Musavat.com bildirir ki, bu sözləri  Serbiyanın sabiq prezidenti Boris Tadic  VIII Qlobal Bakı Forumunda deyib. Sabiq prezident  Qarabağ münaqişəsinin həlli məsələsinə bu cür mövqe bildirib

“Azərbaycan Dağlıq Qarabağ kimi bir problemi çox effektiv, səmərəli şəkildə həll etdi. Çox təəssüf ki, bu məsələnin həll olunmasında hərbi qüvvələrdən istifadə olundu. Ancaq bəlkə də, bu, hazırkı vəziyyətdə Azərbaycan üçün yeganə həll yolu idi. Beləliklə, Qarabağ münaqişəsi  hərbi yolla ilə münaqişə həll edildi və hesab edirəm ki, bu, regionda vəziyyət dəyişdi".

Boris Tadic daha sonra qeyd edib: "Avropa İttifaqı ölkələri  iqtisadi böhrandan cixa bilmir. Aİ ölkələri  iqtisadi miqrasiya böhranına məruz qaldı. Bu,  Avropa İttifaqında çətin siyasi vəziyyətə səbəb oldu.  5 milyon miqrant  Avropa İttifaqının bir faizini təşkil edir. Hesab edirəm ki, Avropa İttifaqı Qərbi Balkanlara doğru genişlənməyəcək.Avropa İttifaqı strateji problemlərlə üzləşib. Beləliklə də artıq Avropa İttifaqına ümid bəslənilmir".

Xalidə Gəray
Elçin Əkbərov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR