Araşdırma nəticəsində müəyyən edilib ki, N.Stepanov və S.Taranov Bakı şəhər sakinləri Vaqif Məmmədov və Sahib Məmmədovla birlikdə mart, aprel və may aylarında Hövsan qəsəbəsində Rişad Mirzəyevə məxsus «Tir» köşkündən, Rabəli Rəhimova və Vitali Musayevə məxsus mağazalardan tir tapançası, tir tüfəngi, qızıl-zinət əşyaları, pul və ərzaq məhsulları, Səidə Orucovaya məxsus aptekdən 302 manat oğurlayıblar. Eyni zamanda, 91, 103 saylı poçtlara və 103 saylı MKİS-də yerləşən seyflərdən külli miqdarda pul və digər əşyaları qarət ediblər.
Daha sonra Hövsan qəsəbəsi F.Bayramov küçəsində yaşayan Elşad Rəhimova məxsus «VAZ-2106» avtomobilin dövlət nömrə nişanını oğurlamış, qəsəbə sakini Məhərrəm Babayev, Cəlal Əliyev məxsus «VAZ-2106» və Arif Baləhmədova məxsus «VAZ-21099» markalı avtomobilləri qaçırıblar. Faktla bağlı araşdırma aparılır.






