İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəstəxanaya yerləşdirilən Xalq artistinin vəziyyəti pisləşdi

2452 19.01.2025 14:26 Son xəbər A A

Azərbaycanın Xalq artisti Ənvər Həsənov bir neçə gündür xəstəxanaya yerləşdirilib.

Bu barədə aktyorun dostu Vasif Ayan bildirib.

Onun sözlərinə görə, Ənvər Həsənovun səhhəti dünən qəfildən pisləşib.

"Xalq artisti Ənvər Həsənov səhhətində yaranan ciddi problemlərə görə bir neçə gündür xəstəxanaya yerləşdirilib. Az öncə qızı Aytənlə əlaqə saxladım, Ənvər müəllimin vəziyyəti dünən səhər saatlarında müalicə aldığı xəstəxanada qəfil pisləşmişdi, hazırda müalicəsi həkim nəzarəti altında tam ciddi formada davam edir", - Vasif Ayan deyib.

Xalq artisti böyrəyi və ürəyindəki ciddi problemlərdən əziyyət çəkir.

Qeyd edək ki, 74 yaşlı aktyor Ənvər Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb. (Modern.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR