İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəstəxanaya yerləşdirilən sabiq nazirin səhhəti necədir?

1221 23.05.2022 11:36 Gündəm A A

Xəbər verdiyimiz kimi, iki gün əvvəl səhər saatlarında sabiq əmək va əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun səhhətində ciddi problem yaranıb.

Yaxınlarının Qaynarinfo-ya verdiyi məlumata görə, Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilmiş Səlim Müslümovun səhhətindəki problem əvvəlki kimi qalmaqdadır.

Hazırda sabiq nazirin vəziyyəti orta-ağır olaraq qalır.

Qeyd edək ki, Səlim Müslümov DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub. Sabiq nazir Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, DTX-nin təcridxanasında saxlanılırdı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR