İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəstəxanada baş verən faciəyə görə İordaniya Səhiyyə Naziri istefa verdi

656 13.03.2021 21:27 Son xəbər A A

 

İordaniyada koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada oksigen verilişi kəsildiyi üçün 6 nəfərin həlak olmasının ardından ölkənin Səhiyyə Naziri istefa verib.

Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, paytaxt Ammanın yaxınlığında yerləşən və yeni inşa edilmiş xəstəxanada baş verən hadisədən sonra baş nazir Bişer əl-Hasavne Səhiyyə Naziri Nasir Obeidatın istefasını tələb edib.

Səhiyyə Naziri hadisənin hansı səbəbdən baş verdiyinin hələ məlum olmadığını desə də baş nazir istefa tələbindən geri addım atmayıb.

Hadisə ilə bağlı yayılan məlumatda qeyd edilir ki, xəstəxanada oksigen verilişinin 1 saat ərzində kəsilməsi reanimasiya və doğuş şöbələrinə də təsir edib. Lakin bu şöbələrdə yerləşdirilən xəstələr arasında ölüm faktı olmayıb. 

Xalidə Gəray
Musavat.com 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR