İnsanlara hürriyət, millətlərə istiqlal!

Xərçəngə qarşı da peyvənd hazırlayacaq - Koronavirus peyvəndi hazırlayan türkiyəli cütlük tərəfindən...

1990 15.06.2021 12:29 Yaşam A A

 

Koronavirus peyvəndi hazırlayan Almaniya firması “BioNTech”in qurucu ortağı türkiyəli professor Uğur Şahin və doktor Özlem Türeci xərçəngə qarşı da peyvənd hazırlayacaqlar.

Musavat.com “Euronews”a istinadən xəbər verir ki, türkiyəli cütlük sözügedən peyvəndin 2023-cü ilə hazır olacağını bildirib.

Onlar pandemiyadan əvvəl xərçəng peyvəndi istehsalı üzərində çalışıblar. Hazırladıqları koronavirus peyvəndində istifadə olunan “mRNA” texnologiyasının xərçənglə mübarizədə böyük təsir göstərəcəyinə inandıqlarını söyləyən cütlük immunitet sistemini öyrətməklə bu virusla mübarizə texnologiyasını şişlərə qarşı mübarizədə istifadə etməyi hədəfləyir.

“mRNA” texnologiyası hazırda melanoma və beyin şişləri kimi güclü xərçəng növlərinin müalicəsi üçün sınaqdan keçirilir.

Toğrul İSMAYIL,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR