İnsanlara hürriyət, millətlərə istiqlal!

Xərçəng xəstəliyinin qarşısnı alır və ... Gözləri yaşardan bitkinin inanılmaz FAYDALARI

4706 08.05.2018 10:05 Səhiyyə A A

Soğan yeməklərə ləzzət qatan olduqca faydalı bir bitkidir.

Lakin soğanın yeməklərdə istifadədən əlavə, tibbi faydalarının da olduğunu bilirsinizmi?

Musavat.com sizə soğanın insan orqanizminə faydaları haqqında bəzi lazımlı məlumatları təqdim edir.

Soğanı ortadan bölüb parasını boğazınıza bağlayıb bir gecə yatsanız səhər oyandığınızda oynaq, baş ağrısı, çiyin və boyun tutulmalarını aradan qaldıracağının şahidi olacaqsınız. Soğanın tərkibində bol miqdarda kükürd var. Kükürd qaraciyər üçün bir detoks maddəsidir. Soğan da sarımsaq kimi qoxusu olduğu üçün bəzən yeməkdən imtina edirik. Lakin mütəxəssislər sarımsaq kimi soğanın da güclü faydaları olduğunu söyləyir. Soğanın sadalanan faydaları arasında onun suyu da yer alır. Soğan suyu bakteriyalara qarşı bədəndəki müqaviməti artırır, qan təzyiqini balanslaşdırır və bəzi xərçəng xəstəliyi növlərinin qarşısını ala bilir. Soğanın tərkibində olan "quercetin" adlı bir komponent insan bədənindəki qan təyziqini də nizamlayır. Əgər HDL (xolesterol) artırmaq istəyirsinizsə yarım ədəd çiy soğan yeməlisiniz.

Boyna soğan bağlamanın inanılmaz faydaları

Qeyd edək ki, HDL xolesterolu yaxşı xolesteroldur, çünki vəzifəsi damarlarda toplanan pis xolesterolu alıb qaraciyərə daşımaqdır. Xüsusilə yüksək xolesterollu yağlı ət yeməkləri yeyən zaman soğan da yemək vacibdir.Çünki bu prosesdə soğan pis xolesterolları zərərsizləşdirir və damarlarınızı qoruyur. Yapılan araşdırmalara görə qırmızı soğan qida zəhərlənməsinin qarşısını alır və mədə kramplarını tənzimləyir.

Ənənəvi olaraq, bronxit və astmanın müalicəsində istifadə olunan soğan suyu quru öskürək üçün də faydalıdır. Bütün soğan növlərində xüsusi dərəcələrdə antioksidanlar var.

Musavat.com

Картинки по запросу Boyna soğan bağlama

Boyna soğan bağlamanın inanılmaz faydaları

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR