İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xədicə İsmayılovanın həbsində jurnalist fəaliyyətilə bağlılıq yoxdur” - Azay Quliyev

714 08.12.2014 15:42 Gündəm A A
“Jurnalist Xədicə İsmayılovanın həbsində hər hansı bir siyasi məqam və ya jurnalist  fəaliyyətilə bağlılıq yoxdur, o, konkret bir şəxsin - vaxtilə həmkar olduğu bir gəncin şikayəti ilə saxlanılıb və haqqında həbs qəti imkan tədbiri seçilib”.

Bunu Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib. 

Azay Quliyevin sözlərinə görə  əvvəllər ciddi münasibətləri olmuş şəxslər arasında baş verən hadisəyə  digərinin şikayəti əsasında  hüquq mühafizə orqanlarının qanuni reaksiyasına bəzi qurumlar tərəfindən siyasi don geyindirilməsi cəhdi  anlaşılan deyil və qətiyyən yolverilməzdir: “Ən azı ona görə ki, Xədicə İsmayıl  hökumət qurumlarının ittihamı ilə deyil, öz həmkarı və yaxın münasibətdə olan şəxsin şikayəti ilə həbs olunaraq haqqında araşdırmalar aparılır.  Hamı bilməlidir ki, siyasi fəaliyyət, peşəkar jurnalsit fəaliyyəti heç kimə məhkəmə təqibindən immunitet hüququ vermir”. 

“Azərbaycan Respublikasında söz, mətbuat və informasiya azadlıqları mövcuddur və heç kim bu fəaliyyətə görə təqib olunmur” -  deyə, millət vəkili fikrini yekunlaşdırıb.




Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR