İnsanlara hürriyət, millətlərə istiqlal!

Xədicə İsmayılova prokurorluqdan çıxdı, amma... (Foto, Yenilənib)

6231 18.02.2014 21:30 Ölkə A A
Xədicə İsmayıl Baş Prokurorluğun Ağır cinayətlər üzrə istintaq İdarəsindən çıxıb. Musavat.com Bizimyol.info-ya istinadən xəbər verir ki, Xədicə İsmayıl sabah saat 11.00 -da  yenidən Baş Prokurorluğun Ağır cinayətlər üzrə istintaq İdarəsinə gedəcək.

***

20.00


Araşdırmaçı jurnalist Xədicə İsmayılova vəkili Rəşid Hacılı ilə bu dəqiqələrdə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə daxil olub. Jurnalist facebook profilində yaydığı bir sənədin foto-surəti ilə bağlı şahid qismində dindiriləcək. Baş Prokurorluq Xədicə İsmayılovanın yaydığı sənədlə bağlı məsələyə aydınlıq gətirib.

“Bəzi kütləvi informasiya vasitələrində jurnalist Xədicə İsmayılovanın şəxsi "Facebook" səhifəsində 17 fevral 2014-cü il tarixdə yerləşdirdiyi Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olunması ehtimal edilən və dövlət və ya xidməti sirr təşkil edən sənədlərin dərc edilməsi və yayımlanması ilə əlaqədar Baş prokuror qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti qurumlarla müvafiq araşdırmaların aparılmasına dair göstəriş verib”, - Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.
Azadlıq qəzetinin saytı yazıb ki, hazırda baş prokurorluğun qarşısında bir qrup ictimai fəal və jurnalist var.

E.MƏMMƏDƏLİYEV


Şəkil


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR