İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəbərdarlıq - Dələduzlar terror qurbanlarının adıyla fırıldağa əl ata bilər

494 26.03.2024 14:25 Dünya A A

Virtual dələduzlar sosial şəbəkələrdə və messencerlərdə saxta hesablar yaratmaqla “Krokus Siti Holl”da baş vermiş terror aktı qurbanlarının adları və digər məlumatlarından istifadə edə bilərlər.

Musavat.com xbər verir ki, bu barədə “Roskaçestvo” rəqəmsal ekspertiza mərkəzinin rəhbəri Sergey Kuzmenko bildirib.

"Qurbanların özləri və ya qohumları adından saxta səhifələr fırıldaqçılar tərəfindən mənimsəniləcək vəsaitlərin toplanması üçün istifadə olunacaq", - mütəxəssis ruslara xəbərdarlıq edib.

O, həmçinin vurğulayıb ki, terror aktı qurbanlarının siyahısının dərci pul oğurlamaq istəyən hücumçuların işini sadələşdirib. Terror aktı qurbanının adı olan səhifədən mesaj alan ünvanlar qurbanların siyahısında belə məlumatlara malik olan şəxsin adını görə və pulu fırıldaqçıların hesabına köçürə bilərlər.

“Roskaçestvo” belə mesajlar alan vətəndaşlara heç bir hesaba pul köçürməyə tələsməməyi tövsiyə edib. Ekspertlər pul göndərilərkən ünvana diqqət yetirməyi tövsiyə ediblər. Onlar bildirirlər ki, nə telefon nömrəsinə, nə də karta pul göndərmək olmaz.

Kuzmenko onu da vurğulayıb ki, xeyriyyə fonduna və ya xeyriyyə hesabına pul göndərərkən məlumatların düzgünlüyünə əmin olmaq lazımdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR