İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xaş-Xaş 2020” əməliyyatı zamanı həbs edilən şəxsə 4 il cəza

301 09.02.2021 13:05 Kriminal A A

 

“Xaş-Xaş 2020” əməliyyatları çərçivəsində həbs edilən şəxsin məhkəməsi başa çatıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 34 yaşlı Sərxan Kərimovun cinayət işi üzrə məhkəməsi iclası keçirilib.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən S.Kərimov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.Kərimov Sabunçu Rayon Polis İdarəsi və 14-cü Polis Bölməsi əməkdaşlarının “Xaş-Xaş 2020” tədbirlər planına əsasən həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.

Ona məxsus evin həyətyanı sahəsinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən yaş halda çəkisi 27 kiloqram olan 225 ədəd çətənə kolu, yaşadığı evdən isə 60 qram qurudulmuş marixuana və 20 qrama yaxın marixuana tumları aşkar olunub.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR