İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xarici turistlər üçün Azərbaycanın turizm bazarı ucuzlaşmış sayılır” -Ruslan Quliyev

687 20.04.2018 16:42 Ölkə A A

“10 il bundan əvvəl vəziyyət çox acınacaqlı idi. Bölgələrdə rəqabət və paralel çalışan turizm şirkətlərinin olmamsı qiymətlərin birqütblü inkişafına gətirib, çıxarırdı. Bu gün artıq xarici turistlər üçün Azərbaycanın turizm bazarı ucuzlaşmış sayılır”.

Musavat.com bildirir ki, bunu Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyanın sədri Ruslan Quliyev mətbuata açıqlamasında bildirib.

O, qeyd edib ki, turizm sahəsində rəqabət o qədər güclüdür ki, bu qiymətlərin hissə-hissə aşağı salınmasına təsir edir: “Amma amansız rəqabət aparılmamalıdır. Bayramlar ərəfəsində bölgələrdə və eləcə də Bakıda yer tapmaq müşkül məsələyə çevrilir. Yaxşı haldır ki, artıq Azərbaycan vətəndaşları da erkən rezervasiyalarda iştirak etməyə başlayıblar. İstər xarici, istərsə də yerli vətəndaşlar erkən rezervasiya ilə büdcələrinə və istəklərinə uyğun qiymət əldə edə bilərlər”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR