İnsanlara hürriyət, millətlərə istiqlal!

XARİCİ RADİOSTANSİYALARLA BAĞLI BUM SƏNGİMİR

679 15.11.2008 06:26 Media A A
“Mən bilirəm ki, siz obyektivsiniz. Mən sizin dediyinizlə hər zaman razı deyiləm və mənim dediklərimlə siz razı olmaya bilərsiniz. Amma vacib olanı budur ki, siz bundan sonra da yayımınızı davam etdirəsiniz. Çünki demokratiya elə budur”.
“ABŞ Azərbaycan Milli Teleradio Şurasının xarici media orqanlarının, o cümlədən “Azadlıq”, “Amerikanın səsi” və BBC radiolarının yerli tezliklərdə yayılmasının dayandıracağı barədə məlumatlardan narahatdır”. Bu fikir isə ABŞ-ın ATƏT-dəki missiyasının Azərbaycanda media azadlığı haqqında bəyanatındandır. Bəyanatda daha sonra bildirilir: “Birləşmiş Ştatlar inanır ki, bu beynəlxalq radiolar indiyədək Azərbaycanda ictimai debatları zənginləşdirib və bundan sonra da ölkənin demokratik inkişafına öz töhfələrini verə bilər. Belə yayımların ləğvi çox pis əlamət olardı. Bu radiolar FM tezliyi vasitəsilə geniş auditoriya əldə edirlər”.
Bəyanat bu sözlərlə bitir: “İllər öncə Vyanada biz razılaşmışdıq ki, fərdlərin informasiya mənbələrini seçmək azadlığı təmin edilməlidir. Beləliklə də, biz ölkələrimizdə radioların birbaşa və normal dinlənə bilməsini təmin etməliyik. Biz Azərbaycan dövlətini vəziyyəti yenidən nəzərdən keçirməyə və bu radioların FM tezliyində yayımı davam etdirməsinə icazə verilməsi üçün yollar tapılmasına çağırırıq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR