Mayın 10-da Xarici İşlər Nazirliyində diplomatik xidmətə işə qəbul müsabiqəsinin növbəti (müsahibə) mərhələsi başlayıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Musavat.com-a bildirilib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilmiş yazılı imtahan mərhələsini keçərək müsahibə mərhələsində iştirak üçün sənədlərini təqdim edən 105 namizədlə təşkil ediləcək müsahibə prosesi mayın 27-dək davam edəcək.
Müsahibə mərhələsinin nəticələri müsahibə prosesi başa çatdıqdan sonrakı 10 günü ərzində açıqlanacaq.






