İnsanlara hürriyət, millətlərə istiqlal!

XARİCİ FİRMALARIN AZƏRBAYCANDAKI FIRILDAĞI AÇILIR

78143 19.10.2009 08:51 İqtisadiyyat A A
Bu günlərdə isə “Bizim yol” qəzeti yenidən mövzuya qayıdaraq “Tiens” adlanan firma “iş” adı ilə hələ də vətəndaşları soyur" başlıqlı yazı dərc edib. Yazıda dələduzluqla məşğul olan firma barədə şikayətlənən şəxsə müxtəlif cür təzyiqlər göstərilməsindən bəhs olunur. Aldadılan şikayətçi şirkət barədə araşdırmalar aparıb. Ədliyyə Nazirliyi və Vergilər Nazirliyinə müraciət edərək “Tiens” barədə məlumat istəyən şikayətçiyə məlum olub ki, şirkət nə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib, nə də dövlət büdcəsinə gəlir vergisi ödəyib.
Mövzunun aktuallığını nəzərə alıb bir daha Azərbaycanda qanunsuz şəbəkə biznesi barədə redaksiyaya daxil olan məlumatları oxucuların nəzərinə çatdırırıq. Əvvəlcə onu qeyd edək ki, qəzetimizdə Çinin “Tiens” firması vətəndaşları aldadaraq ömürlük pul qazanmaq imkanı vəd edir" başlıqlı yazının dərcindən sonra redaksiyaya gələrək özünü “Tiens”in fəal distribütoru kimi təqdim edən Elçin İsmayılov adlı şəxs bildirdi ki, yazıdakı məqamlarla razılaşmır. Həmin şəxs redaksiyaya firmanın qanuni fəaliyyəti ilə bağlı sənədlər gətirəcəyini vəd etdi. Sonra isə redaksiyaya “Baolan” Məhdud Məsuliyyətli Cəmiyyətin 18 fevral 2005-ci ildə Səhiyyə Nazirliyi ilə bağlanmış müqaviləsini göndərdi. Həmin müqaviləyə görə, müəssisənin dərman vasitələri və tibb ləvazimatlarının topdan və pərakəndə satışına müəyyən şərtlər daxilində icazə verilir. Bundan başqa Bakı şəhəri, Tiflis prospekti 3001-ci məhəllədə qeydiyyat ünvanı olan “Baolan” 04.07.2003-cü ildə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib. E.İsmayılov isə bildirir ki, “Tiens” şirkətinin baş ofisi Bakı şəhəri Teymur Əliyev 25 a ünvanında yerləşir. Əgər “Tiens” “Baolan” MMC-nin törəmə müəssisəsidirsə, niyə Ədliyyə Nazirliyinin bu barədə heç bir sənədi yoxdur?
Digər tərəfdən, bu yaxınlarda Səhiyyə Nazirliyinin səhiyyə sərgisi ilə bağlı keçirdiyi mətbuat konfransında nazirliyin mətbuat əlaqələndiricisi Anar Qədirli bildirdi ki, nazirlik qida əlavələrinin Azərbaycanda satışına xüsusi razılıq vermir, o cümlədən “Tiens” kompaniyasına da belə lisenziya verilməyib: “Qida əlavələri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin nəzarətindədir”.
Belə isə onda nə üçün komitə “Baolan” MMC-nin fəaliyyəti üçün sənəd verməyib? Bəs fəal distribütor E.İsmayılov bu sənədi hansı məsuliyyətlə redaksiyaya təqdim edib? Olmaya “Tiens”in redaksiya əməkdaşlarını da aldatmaq niyyətləri olub?
Sonda onu da qeyd edək ki, redaksiyaya daxil olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən fırıldaqçı firma mərkəzi Cində yerləşən “Tyanşı” kompaniyasında öz etibarını itirib. Buna görə də məhsulların Azərbaycana idxalı məhdudlaşdırılıb. Digər bir mənbədən daxil olan məlumata görə isə ümumiyyətlə, Azərbaycanda şəbəkə marketinqinin fəaliyyəti qanunsuz olduğu üçün bu sahə iflasa doğru gedir.
Əlbəttə ki, ekoloji və sosial problemlər gərginliyində olan Azərbaycan insanının da hazırda keyfiyyətli, ekoloji təmiz məhsullara çox ehtiyacı var. Amma görəsən, “Tiens” məhsullarının insanlara verilməsində biznes əsasdır, yoxsa məhsulların keyfiyyəti? Əgər keyfiyyət əsasdırsa, onda niyə bu məhsullar özünü doğrultmur? Axı doğruya zaval yoxdur. Digər tərəfdən, Azərbaycanın ekoloji cəhətdən təmiz məhsul istehsal etmək imkanı, görəsən, Çindən çoxmu geridir? Bu suallar hələ də cavabını gözləyir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR