İnsanlara hürriyət, millətlərə istiqlal!

Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşlarına xəbərdarlıq - qanun

1265 17.04.2020 18:51 Son xəbər A A

Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişikliklər müzakirə olundu. Layihəyə görə, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat vermədiyinə görə cinayət məsuliyyətindən azad edilir. Layihədə deyilir: “Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”.

Qanunun digər maddəsindəki dəyişikliyə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş vətəndaşların bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat vermək öhdəliyi qalsa da, cinayət məsuliyyətindən azad ediləcək.

Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq qəbul edildi.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR