XANLAR HACIYEV MƏHKƏMƏ SİSTEMİNİ SƏRT TƏNQİD ETDİ
“Turan”ın məlumatına görə, X.Hacıyev istintaq təcridxanası kameralarında məhkəmələrin qərar çıxarmasının doğru olmadığını bildirib: “Avropa Məhkəməsinin Azərbaycandan şikayətlər üzrə iki son qərarında məhkəmələrin vətəndaşları istintaq orqanlarının kabinetində həbs etməsi, yəni qanunvericiliyin pozulması məsələsi qaldırılıb. Hakimlərin bu əməli milli hüququn ruhuna və tələblərinə, əsas qanuna ziddir».
O, Ali Məhkəmənin bu yaxınlardakı yalnız ən zəruri hallarda həbs barədə qərarının dəqiq icrasının vacib olduğunu qeyd edib. Çünki bu qərarlarla son hökm verilənə qədər hakimlər insanın azadlıq imkanını müəyyən edir.
«Azərbaycana qarşı bir sıra qərarlarda Avropa Məhkəməsi göstərib ki, hakimlər özbaşına qərar qəbul edib və o, ədalətin və hüququn maraqlarına cavab vermir», - deyə Hacıyev bildirib.
O, hakimlərin eyni pozuntulara görə fərqli qərarlar çıxarması məsələsinə də toxunub. "Eyni şəraitdə baş verənlər barədə hakimlərin bir-birinə zidd qərarlar verməsi cəmiyyətin ədalət məhkəməsinə inamını sarsıdır", - deyə hakim əlavə edib.
X.Hacıyev həmçinin bu və ya digər məsələ üzrə müxtəlif hüquq mühafizə orqanlarının birgə bəyanatını pisləyib: "Fakt budur ki, müxtəlif hüquq mühafizə orqanları birgə bəyanatı istintaq zamanı verir, onların tərtibi təqsiri öncədən müəyyən edir və yol verilən informasiya çərçivəsindən kənara çıxır. Əvvəllər AİHM dəfələrlə qeyd edib: təqsirsizlik prezumpsiyası ədalət məhkəməsinin vacib aspektidir". AHİM-in hakimi qeyd edib ki, istintaq zamanı verilən informasiya bu prinsipi nəzərə almalı, təqsirlilik məsələsini öncədən həll etməməlidir: "Mən hələ onu demirəm ki, müxtəlif prosessual funksiyalı subyektlərin birgə bəyanatı hüquqi cəhətdən çoxlu problemlər yaradır".
Qeyd edək ki, Xanlar Hacıyevin dediklərini hüquq müdafiəçiləri və vəkillərin Azərbaycan hakimlərinin hökm çıxaran zaman yol verdiyi pozuntular barədə şikayətləri də təsdiqləyir.