İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndiyə qaz verildi-erməni mənbələri

2093 28.03.2022 19:02 Region A A

Qarabağın ermənilər yaşayan hissəsinə qazın verilməsi bərpa edilib.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Bildirilir ki, ilkin olaraq Xankəndinin müəyyən ərazilərinə növbə ilə qazla təmin edilir. Daha sonra digər bölgələrdəki abonentlər də qazla təchiz ediləcək.

Xatırladaq ki, Ermənistan Respublikasından gələn qaz kəmərinin zədələnməsi səbəbindən Qarabağ ərazisi martın 8-dən tamamilə qaz təchizatından məhrum olmuşdu.

Martın 19-da Azərbaycan təmir işi apardıqdan sonra qazın nəqli bərpa edilib, martın 21-də isə yenidən qəza baş vermişdi. Ötən gün “Azəriqaz” açıqlamasında bildirmişdi ki, martın 28-də qazın nəqli bərpa ediləcək. Naşükür erməni toplumu qazla təchizata görə Azərbaycanla bağlı bir kəlmə də olsun, yazmayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR