İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndində erməni təxribatları, Bakıda cinayətkar həkimlərin həbsi! Və Moskvanın təhlükəli oyunları! VİDEO

2291 22.04.2021 12:00 Gündəm A A

Qarabağda 9 May paradı və Araikin qəfil Moskva səfəri... Rusiya sülhməramlılarının 9 Mayda Qarabağda faşizm üzərində qələbə münasibətilə keçirəcəyi parad Azərbaycanda birmənalı qarşılanmayıb. Sərt etiraz edənlər də var, məsələyə səbirli yanaşanlar da.

Bu arada Qarabağın baş separatçısı Araik Arutyunyanın təcili olaraq Moskvaya çağırılması haqda informasiyalar yayılıb. Bu barədə Ermənistanın “Hraparak” qəzeti öz mənbələrinə istinadla yazıb. Qəzetin yazdığına görə, Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri Moskvada Arutyunyanla qeyri-rəsmi görüşlər keçirəcəklər."Hraparak" Xankəndindəki separatçı erməni rejiminin mətbuat katibi Lusine Avanesyana bu haqda sual versə də, o, məlumatı şərh etmək istəməyərək “Hal-hazırda danışacaq bir sözüm yoxdur" -deyib. “A.Arutyunyanın Moskvaya getməsi faktını inkar edirsinizmi?” sualına isə Avanesyan belə cavab verib: "Şərhlərə ehtiyac yoxdur...".Erməni nəşri hesab edir ki, Moskvada Araikə Ermənistan baş naziri Paşinyanla münasibətləri Rusiyanın maraqlarına uyğun tənzimləməyi, onun arzularının çoxunun separatçı rejimin gələcəyinə zidd olduğunu anladacaqlar.

İqtidar müxalifətə görə referendum qərarı verə bilər - partiyaların dirçəldilməsində yeni addım...

Son illər hakimiyyətin müxalifətlə bağlı atdığı addımlara birinin də əlavə olunacağı gözlənilir. Bu parlament seçkilərində proporsional ( partiya siyahısı ilə seçkiyə qatılmaq) sistemin bərpasıdır. Həm Gürcüstan, həm Ermənistan proporsional seçki sisteminin tətbiqinə qərar veriblər. Bu mənada Azərbaycanda yalnız majoritar seçki sistemi qalır ki, bu da hakimiyyətin partiyaların cəmiyyətdə rolunun artırılması ilə bağlı apardığı addımların davamı olmasını zərur edir. Aydındır ki, seçki sisteminin tətbiqi konstitusiyaya düzəlişləri tələb edir. Bu isə asan məsələ deyil, referendum tələb edir və sairə...

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı iki gün əvvəl “Turan”a açıqlamasında deyib ki, seçki qanunvericiliyində islahatlar zəruridir. F.Ağamalının sözlərinə görə, son vaxtlar Azərbaycanda proporsional seçki sisteminin tətbiqinə də artıq diqqət yetirilir: “Bu məsələ cəmiyyətdə son vaxtlar müzakirəyə çıxarılıb. Məncə, təkcə proporsional deyil, qarışıq sistemin Azərbaycanda tətbiqi daha məqsədəuyğun olardı”.

F.Ağamalının sözlərinə görə, proporsional seçki sistemi ölkə prezidentinin bu gün aparmış olduğu islahatlarda xüsusi yer alan siyasi islahatlara adekvatdır: “Son parlament seçkilərindən sonra cənab prezident siyasi partiyaların siyasi proseslərdə yeri və rolunu artırmaq üçün yeni konfiqurasiyasının müəllifi kimi çıxış etdi. Təkcə Yeni Azərbaycan Partiyası deyil, parlamentdə təmsil olunan partiyalar parlamentin rəhbərliyində təmsil olundular. Bunun davamı olaraq proporsional sistemin majoritarla bərabər tətbiq olunması faydalı olardı və siyasi partiyaların yeni konfiqurasiyada yerini möhkəmləndirərdi”.

Deputat vurğulayıb ki, bu gün Azərbaycan 1995-ci ildə olduğundan fərqli bir demoqrafik göstəricilərə malikdir (Azərbaycan təkrar müstəqillik əldə etdikdən 4 il sonra -1995-ci ildə ilk parlament seçkiləri keçirilib): “Buna görə də, ayrı-ayrı ekspertlər parlamentdə millət vəkillərinin sayının artırılmasını da önə çəkirlər. Mənə elə gəlir ki, buna da baxmaq olar. Bunun 150-175 civarında (hazırda 125 deputat yeri var) və yarısının proporsional, yarısının majoritar sistem ilə müəyyənləşməsi məqsədəuyğun olardı. Bu, Azərbaycan əhalisinin artımına adekvatdır”.

Duqin rus “Dədə Qorqud”u rolunda- tanınmış rusiyalı politoloq, Avrasiya Hərəkatının lideri Aleksandr Duqin Azərbaycanla bağlı “sürpriz” fikirlər söyləyib. Kremlin danışmanlarından sayılan Duqin bugünlərdə bildirib ki, Moskva guya 2-ci Qarabağ savaşında Azərbaycanın qələbə çalması üçün “ondan tələb olunan hər şeyi edib”, “verdiyi vədləri tutub” və artıq növbə Bakınındır:

“Azərbaycanın Avrasiya İqtisadi Birliyinə (AİB) və KTMT-yə (”Rus NATO-su") girməsinin zamanı çatıb". Əks halda, o, Bakını faktiki hərbi qələbəni itirə biləcəyi ilə (!) hədələyib. Sitat: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu, tamamilə gözəl və sevindiricidir. Ancaq siyasət elə bir şeydir ki, sabah da gərək qalib olasan ki, qələbəni saxlaya biləsən. Siyasət hər zaman açıq bir prosesdir. Əgər qələbənin nəticələrini möhkəmlətməsən, hər şeyi itirə bilərsən”.

Yəni sadə dilə tərcümə eləsək, rus avarasiyaçı hesab edir ki, Bakı KTMT və AİB-yə “xoşluqla” qoşulsa, daha yaxşıdır, əks təqdirdə, qələbəsini qoruya bilməyəcək, hər necə olmasa, Moskva öz “öhdəliklərini” artıq yerinə yetirib.

Bu və gündəmdəki digər mövzuları bu gün Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR