İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidə hərbi texnika və dronların modifikasiyası ilə məşğul olan hərbi istehsalat mərkəzinin VİDEOSU

2352 20.11.2023 20:32 Son xəbər A A

Cari ilin 19-20 sentyabr tarixlərində 24 saatdan az müddətdə anti-terror tədbirlərindən sonra bölgədə mina təmizləmə fəaliyyəti, habelə kommunikasiya xətlərinin və yeni təchizat yollarının bərpası məqsədilə Müdafiə Nazirliyinin digər aidiyyəti qurumlarla apardığı fəaliyyətin ərazilərimizdəki dəhşətli hərbiləşmənin miqyasını bir daha göstərdiyi vurğulanıb.

Musavat.com xəbər verir ki, Qarabağ bölgəsində Ermənistanın qeyri-qanuni hərbi fəaliyyəti və növbəti hərbi cinayət planları ilə bağlı anti-terror tədbirlərindən sonra aşkar edilmiş yeni faktlar barədə Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin brifinqində bildirilib ki, aparılan işlər nəticəsində ərazilərimizdə böyük bir hissəsi mülki infrastrukturlarda yerləşdirilən hərbi maşınlar, müxtəlif çaplı silahlar və sursatların aşkarlandığı bildirilib.

Xüsusilə, “Kornet” və “Faqot” tank əleyhinə idarə olunan raket sistemlərinin, 2021-ci il istehsalı olan TOS-1A tipli reaktiv yaylım atəşi sistemlərinin raketlərinin aşkarlandığı qeyd olunub. Bununla yanaşı, son 30 il ərzində Ermənistanın Xankəndidə hərbi texnika və dronların modifikasiyası ilə məşğul olan hərbi istehsalat mərkəzində apardığı fəaliyyət barədə məlumat verilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR