İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndi və Xocalı sakinlərinə qucaq açır

1690 14.02.2024 09:15 Media A A

Laçın və Kəlbəcər əhalisinə müjdəli xəbər gəldi, bu qəsəbə və kəndlər...

Artıq bütün Qarabağ ərazilərinə köç həyata keçirilir. Qarabağa “Böyük Qayıdış” planı istiqamətində son məlumatlardan biri budur ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın və Kəlbəcər rayonlarında 1 qəsəbənin (Qorçu) və 2 kəndin (Çaykənd, Qamışlı) yenidənqurma layihəsi üzrə müqavilələr imzalanıb.

Bu barədə Şərqi Zəngəzur iqtisadi rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, “Azərdövlətsənaye” Dövlət Layihə İnstitutu ilə Şərqi Zəngəzur iqtisadi rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti arasında Kəlbəcər rayonunun Çaykənd və Qamışlı kəndlərinin yenidəqurulması işlərində layihələndirmə işinin hazırlanmasının satınalmasına dair müqavilələr bağlanıb.

Həmçinin “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu ilə Şərqi Zəngəzur iqtisadi rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti arasında Laçın rayonunun Qorçu qəsəbəsinin tikintisi layihəsinin hazırlanmasına dair satınalma müqaviləsi bağlanılıb.

Şərqi Zəngəzur iqtisadi rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru vəzifəsini icra edən Fəxrəddin Verdiyevin sözlərinə görə, müqavilələr qeyd olunan yaşayış məntəqələrində minə yaxın fərdi evin, tam orta məktəblərin, uşaq bağçalarının və digər ictimai obyektlərin layihələndirmə işlərinin satınalınmasını əhatə edir.

Bu arada onu da qeyd edək ki, cari ilin ilk 6 ayında Xocalıya və Xankəndinə də köç olacaq.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib. Qeyd olunub ki, bu ilin ilk 6 ayında Xocalıya və Xankəndinə ümumilikdə 100 ailənin köçürülməsi planlaşdırılır. Xocalı və Xankəndinin hər birinə 50 ailənin köçürülməsi nəzərdə tutulub.

Elman Məmmədov: “İslam dünyası bu çağırışdan nəticə çıxarmalıdır”

 Elman Məmmədov

Xocalıdan olan deputat Elman Məmmədov təmsil etdiyi şəhərə və Xankəndinə baş tutacaq köç haqqında danışıb: “Cənab Prezident xalqa yeni il müraciətində, bundan öncə də məsələyə aydınlıq gətirib. Xocalıya, Xankəndinyə, Kərkicahana və digər işğaldan azad olunan ərazilərimizə ilk köç 2024-cü ilin birinci rübünün sonunda baş tutacaq. Biz bunu həsrət və böyük sevinclə gözləyirik. Yəqin ki, mart ayında - Novruz bayramı ərəfəsində köç olacaq. Xankəndidə 80-90 faiz evlər salamatdır. Xeyli vaxtdır ki, bura qayıdış üçün lazımi vəziyyətə gətirilir. İndi orada bərpa-quruculuq işləri gedir. 2023-ci ilin 19-20 sentyabrında keçirilən antiterror əməliyyatından sonra cənab Prezidentin tapşırığı ilə müvafiq qurumlar işğaldan azad edilmiş ərazilərdə oldular. Orada çox geniş iş, araşdırmalar aparıldı. Yenidən tikilən evlər də, bərpa olunan evlər də olacaq. Hər kəsin arzusu öz dədə-baba yurduna qayıtmaqdır. Bir Xocalı sakini kimi öz evim haqqında məlumat verə bilərəm. 1992-ci ilin 25-26 fevralında ermənilərin Xocalıda törətdiyi soyqırımı nəticəsində mənim ata-baba evim həmin gecə bombalanıb. Yəni yaşayışa yararsız vəziyyətə düşüb. Ona görə bünövrəsi tamamilə söküldü. İndi həmin yerdə, öz həyətimizdə yeni ev tikiləcək. Eləcə də digər sakinlərin yaşayışa yararlı evləri bərpa olunur. Yaşayış mümkün olmayan evlərin bünövrəsi sökülüb, yeni evlər tikilir”.

Tural Gəncəliyev - “Ermənilərlə görüşə hazıram”

Tural Gəncəliyev 

Xankəndinin deputatı Tural Gəncəliyev isə bildirib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda təhsil müəssisələrinin yaranması ilə təhsil ənənələri zənginləşir: “Xankəndidə bu ənənənin ilk addımı Qarabağ Universiteti oldu. Bundan sonra isə əsas məsələ orta məktəblərin fəaliyyətidir. Ümumtəhsil müəssisələrinin bərpa olunması və yeni məktəblərin tikilməsi Qarabağın inkişafı üçün mühüm xarakter daşıyır. Qarabağda təhsil müəssisələrinin bərpası yenidənqurma məsələləri ilə paralel olacaq. Çünki təhsildən əlavə insanların burada yaşaması üçün əlverişli mühit olmalıdır. Bu baxımdan Qarabağın zəngin intellektual kapitalının və resurslarının bərpa edilməsi üçün çox gözəl şərait yaradılacaq. Xankəndidə yerləşən Qarabağ Universiteti nəinki Azərbaycanın, hətta dünyanın ən yaxşı universitetlərindən biri kimi formalaşacaq. Ümumiyyətlə, Qarabağ Azərbaycan tarixində xüsusi yer oynayıb. Qarabağda çoxlu mütəfəkkirlər, filosoflar, sənətçilər, sənətşünaslar, musiqiçilər, bəstəkarlar yetişib. Hesab edirəm ki, bundan sonra da yetişməyə davam edəcək. Xankəndinin işğalı dövründə yararsız hala salınmış bağçalar və məktəblərdə yenidənqurma işləri aparılacaq".

Yazını hazırladı: Cavanşir ABBASLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR