İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndi separatçılarının Bakıya görüş təklifində əsl niyyətləri

1041 12.04.2023 09:58 Siyasət A A

Ermənilər niyə qəfil sülhməramlılar vasitəsilə “təcili müzakirəyə” ehtiyac duyub?

Qarabağda yaşayan ermənilər Azərbaycan tərəfi ilə görüş üçün təklif irəli sürüb. Bu barədə separatçı rejim xəbər yayıb və həmin məlumat bütün Ermənistan mediasında dərc olunub. Məlumatda qeyd edilir ki, qondarma Qarabağ rejimi Rusiya Federasiyasının sülhməramlı missiyası vasitəsilə Azərbaycan tərəfinə təcili humanitar məsələlərin müzakirəsi üçün onların yerləşdirildiyi yerdə və Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə görüşün keçirilməsi təklifini göndərib. Təklifin detalları açıqlanmayıb.

Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat xidmətinin rəhbəri, siyasi şərhçi Əziz Əlibəyli Musavat.com-a açıqlamasında bildirib ki, Xankəndidəki separatçı rejim özünü Azərbaycan Respublikasının qarşı tərəfi kimi görür ki, bu da yolverilməzdir.

“İkincisi, bu, onların adından rəsmi məlumat kimi yayılır (qondarma rejimin informasiya mərkəzi yayır). Üçüncüsü, görüş Xocalıda, sülhməramlıların gərargahında keçirilməlidir. Biz bu praktikanı martın əvvəlində görmüşük. Dördüncüsü, onlar Prezident Administrasiyasının görüşlə bağlı təklifini 2 dəfə təxirə salıblar. Beşincisi, bu görüşün xarakteri təxirə salınmadan humanitar məsələlərin olduğu qeyd olunur. Burada dərhal onların məqsədləri üzə çıxır: 1) Azərbaycanın əlindən təşəbbüsü almaq; 2) humanitar damğa üzərindən Azərbaycanı beynəlxalq ittihama gətirmək; 3) bu təşəbbüsü təkcə rus sülhməramlıları deyil, həm də erməni separatçılarının ələ keçirilməsini təmin etmək; 4) Azərbaycanın qarşısına Xankəndidəki erməni separatçılarını çıxarmaq”.

Paşinyan üçün bu il ölüm-qalım məsələsi olacaq" -Əziz Əlibəyli prezidentin  çıxışını ŞƏRH ETDİ - VİDEO

Əziz Əlibəyli 

“Azərbaycan dövləti Qarabağda yaşayan ermənilərlə danışıqlarda heç bir problem görmür, əksinə, problemləri danışıqlar yolu ilə həll etməyin tərəfdarıyıq”. Musavat.com xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli bildirib.

O qeyd edib ki, Azərbaycan tərəfi ermənilərlə danışıqların aparılması üçün rəsmi nümayəndə də təyin edib: “Martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Azərbaycan tərəfi növbəti danışıqlar üçün onları Bakıya dəvət etdi. Təəssüf ki, onlar növbəti dəfə qeyri-konstruktiv mövqe nümayiş etdirərək görüşdən imtina etdilər. Ermənistan mətbuatında yayılan son məlumatın nə dərəcədə doğru olduğunu deyə bilmərəm. Qarabağda yaşayan ermənilər bir qrup separatçının, cinayətkarın girovuna çevrilib. Hesab edirəm ki, onların arasında proseslərə rasional yanaşmağı, düzgün təhlil etməyi bacaran, Qarabağda separatizmin perspektivsizliyini anlayan ermənilər də ola bilər. Onlar Azərbaycanla danışıqlar yolu ilə müəyyən nəticəyə gəlmək xəttini seçə bilərlər. Azərbaycan hökuməti humanitar, eyni zamanda Qarabağda yaşayan ermənilərin hüquq və vəzifələri ilə bağlı öhdəliklər və s. məsələlərlə əlaqədar danışıqlar aparmağın tərəfdarıdır. Bu bizim daxili işimizdir. Danışıqlar prosesi hər hansı formada 3-cü tərəfə, dövlətə, yaxud beynəlxalq təşkilata aid olan məsələ deyil”.

“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR