İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndi QARIŞDI: Arutunyan əleyhinə mitinqlər başladı, Paşinyan onu məhkəməyə verir – CANLI

2767 15.04.2023 12:58 Gündəm A A

Xankəndidəki saxta rejimin “təhlükəsizlik şurasının keçmiş katibi” Samvel Babayan Qarabağda aktivliyini artırıb. Bu barədə məlumatı “Hraparak” qəzeti yayıb.

Qəzet hazırda onun ikitərəfli oynadığını bildirib. Belə ki, bir tərəfdən Araik Arutyunyanı tənqid edən Babayan, digər tərəfdən öz yaxın ətrafı daxilində Bakıya reinteqrasiyanın vacibliyini təbliğ edir.

Bununla belə Babayanın “dövlət naziri” postuna iddia etdiyi vurğulanıb. Bunun üçün onun “komandasının” aktiv addımlara başladığı bildirilib.

Xüsusilə Babayanın aprelin 26-dan sonra Xankəndidə aksiyalara başlamağı planlaşdırdığı qeyd edilib. Bunun üçün Xankəndinin mərkəzi meydanında çadırların da quraşdırılması nəzərdə tutulub.

Qondarma Qarabağ rejiminin keçmiş müdafiə naziri Mikayıl Arzumanyanın cinayət işi ilə bağlı dindiriləcək şəxslərin adları bəlli olub. Məlumata görə, İrəvandakı Antikorrupsiya Məhkəməsinə Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan, keçmiş baş qərargah rəisi Onik Qasparyan, qondarma rejimin keçmiş müdafiə naziri Cəlal Arutyunyan, separatçıların lideri Araik Arutyunyan dəvət ediləcək.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.15-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR