İnsanlara hürriyət, millətlərə istiqlal!

Xanım sənətçilərin qadağaları: Açıq-saçıq geyim, plastik əməliyyat, şəxsi həyat...

3561 18.03.2016 18:10 Şou-biznes A A
Musavat.com xanım sənətçilər arasında sorğu keçirib və özlərinə qoyduğu qadağaları öyrənib: 


Tarzən Humay Qədimova plastik əməliyyat etdirməyi özünə qadağa qoyub: “Ən əsas açıq-saçıq geyimə, lazımsız plastik əməliyyatlara görə özüm-özümə qadağa qoymuşam. Şou-biznesdə olduğum üçün kimlə gəldi münasibət saxlamağa məcbur deyiləm. Düşünürəm ki, belə bir məcburiyyətim yoxdur. Əsas amalım budur ki, hər kəs məni olduğum kimi qəbul eləsin”.


Müğənni Elnarə Xəlilova: “Bu çox geniş mövzudur. Hər bir insanın olduğu kimi mənim də həyatda və səhnədə özümə məxsus prinsiplərim var. İstər həyatda, istərsə də səhnədə, əslində mən çox mübariz insanam. Amma heç vaxt əldə etmək istədiyimi nəyin bahasına olursa olsun, əldə etmərəm. Bir qızıl qanun var ki, heç vaxt hamını razı sala bilməzsən. Zövqlər və insanlar müxtəlif olduğu üçün də səni ancaq sənin kimiləri tapa bilər. 

Məsələn: dürüst, şərəfli, əxlaqlı, tərbiyəli, mədəni, yaxud bu keyfiyyətləri olmayan biriləri. Ona görə də qadağalar da demək olar ki, münasibətlərə görə dəyişir. Əgər mən  efirdə hansısa aparıcının hərəkətini, yaxud davranışını bəyənmirəmsə, uzun müddət onun verilişinə çıxmağı özümə qadağa qoya bilərəm. Həyatda kiminsə soyuq və qərarsız, laqeyd və bitərəf münasibətini görürəmsə, onunla münasibətimi soyudar və bir müddət ara verə bilərəm. Çünki mənim üçün insanın əqidəsinin və amalının, həyatda məqsəd və məramının olması çox vacibdir. Əqidəsiz insanları sevmirəm. Müəyyən zamanlarda yaşanan situasiyaya görə insanlara münasibətim yaxşı və ya pis ola bilər, amma vacibdir ki, mən qarşımda dayananın kim və necə olduğunu anlayım. Belə ki, özüm də kifayət qədər açıq fikirli və düşündüklərimi də dərhal elan etməyi sevən biriyəm“.


Müğənni Aysel Əlizadə bildirir ki, özünə qoyduğu çərçivələrə uyğun addımlar atır: “Aktrisalıq qabiliyyətim olsa da, özümə qoyduğum çərçivələr var. Vulqar, açıq-saçıq səhnələrdə çəkilmərəm. Mafiya rolunda çəkilmək istəyərəm. Hər zaman bədən ölçülərimə uyğun geyinirəm, ifrat dərəcədə diqqət çəkici geyimləri özümə qadağan etmişəm. Son zamanlar isə kilo aldığım üçün yeməkdən imtina etmişəm. Əməl edə bilmədiyim qadağalarım da var. İnsanlarla səmimi olmamağı qarşıma məqsəd qoymuşam. Amma əməl edə bilmirəm. İnsanlarla  həddindən artıq səmimi və mehriban oluram, sonra isə peşmançılıq çəkirəm”. 


Müğənni Sevda Yahyayeva isə şəxsi həyatından danışmağı özünə qadağa edib: “Şəxsi həyatımla bağlı sualları heç vaxt cavablandırmıram. Sənətçi sənəti ilə bağlı danışıb gündəmə gəlməlidir. Şəxsi həyatım isə mənə məxsusdur”. 

Könül İbrahim
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR