İnsanlara hürriyət, millətlərə istiqlal!

Xameneyinin Qarabağ fətvası, Prezidentin sülhməramlılara iradı - Hacı İlqar İbrahimoğlu CANLI yayında

1375 23.07.2021 14:55 Gündəm A A

İranın Ali Dini Lideri Ayətullah Əli Xameneyinin Qarabağla bağlı fətvası sosial şəbəkənin Azərbaycan seqmentində müzakirə və mübahisə olunmaqdadır. QMİ sədri Allahşükür Paşazadə deyib ki, Ayətullah Xameneyi cənablarının fətvası “qələbəyə gətirib çıxardı”.

Şeyxin dediyi həmin fətva haqda Azərbaycan cəmiyyəti ilk dəfə 2012-ci ildə xəbər tutmuşdu. Ərdəbil şəhəri üzrə deputat Mənsur Həqiqətpur bildirmişdi: “Ermənistanla Azərbaycan arasında savaşla bağlı biz Ayətullah Xameneyiyə müraciət etdik ki, ermənilər Qarabağı tutublar.

Vəzifə nədir? O Həzrət isə buyurmuşdur ki, Qarabağ İslam torpağıdır və hər kəs oranın azadlığı uğrunda və qeyri-müsəlmanların ora hökmran olmağına qarşı hərəkətdə canını itirsə, şəhid hesab olunur”.

Hazırda müzakirə edilən məsələ isə Xameneyinin “Qarabağ Azərbaycanın torpağıdır” yox, “Qarabağ müsəlman torpaqlarıdır” söyləməsidir. Əslində necə olmalıdır, bu açıqlamada bir qəbahət varmı? Şeyxin dediyi kimi həmin fətva bizi qələbəyə apardımı?

Yeri gəlmişkən, Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan ölkəsinin Azərbaycanla sülh danışıqlarına başlamağa hazır olduğunu deyib. Ancaq onun təzəcə təyin elədiyi XİN başçısının müavini Armen Qriqoryan isə “Dağlıq Qarabağın öz müqəddəratı”ndan danışır.
Bu arada Prezident İlham Əliyev AzTV-yə müsahibəsində önəmli məqamlara toxunub. Prezidentin açıqlamalarında dolayısı ilə rus sülhməramlılarının fəaliyyətindən narazılıq da hiss olunur.

Sitat: “Biz gündəlik monitorinq aparırıq, neçə maşın girib Laçın dəhlizinə, neçə maşın çıxıb. Eyni zamanda, biz xaricdən gələn maşınları da görürük və demişik ki, buna son qoyulmalıdır, bu, yaxşı deyil, bu, bizim ərazimizdir. Bizim icazəmiz olmadan xarici maşın necə girə bilər ora. Bir də əgər kimsə hesab edir ki, biz bunu görmürük, səhv edir. Bəzi hallarda o maşınlara erməni nömrələri yapışdırılır. Ancaq biz oradayıq, biz dəhlizdəyik. Biz hər şeyi görürük, Xankəndini də, dəhlizi də. Ona görə buna da son qoyulmalıdır”.

Bu gün MusavatTV-nin canlı yayınında Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin sədri, ilahiyyatçı filosof İlqar İbrahimoğlu ilə gündəmdəki bu aktual hadisələri müzakirə edirik.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR