Bu gün - noyabrın 20-si Ağdam günüdür. Azərbaycan hərb meydanında qazandığı qələbə ilə Ermənistanı hərbi kapitulyasiyaya məcbur edərək Ağdam, Kəlbəcər və Laçını bir güllə atılmadan işğaldan azad etməyə nail olub.
Artıq müzəffər Ordumuz Ağdam şəhərinin mərkəzindədir və gözlər noyabrın 25-də Kəlbəcərin, dekabrın 1-də isə Laçının boşaldılmasına dikilib. Prezident İlham Əliyev də xalqa müraciətində qeyd etdi ki, əgər erməni faşizmi bir də baş qaldırsa on qat artıq cavabını alacaq! Baxmayaraq ki, bəzi Qərb ölkələri və ABŞ Qarabağ məsələsi ilə bağlı danışıqları sıfır nöqtəsinə qaytarmağa, ATƏT-in Minsk Qrupunu yenidən aktivləşdirməyə çalışırlar.
Beləliklə, Azərbaycan döyüş meydanındakı qələbəni diplomatiya poliqonundan bundan sonra necə davam etdirəcək?
Ölkəmizə təzyiqlər güclənə bilərmi? Kəlbəcər və Laçının boşaldılmasında ləngimə mümkündürmü?
Bu və digər məsələləri "TV Musavat"ın canlı yayınında “Həftə içi” proqramının aparıcısı Emil Salamoğlu politoloq Qabil Hüseynli ilə müzakirə edib.
Verilişi aşağıdakı linklər vasitəsilə izləyə bilərsiniz.
Youtube səhifəmizin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Facebook səhifəmizin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Musavat.com






