XALQI İXTİSAR PLANI
Ancaq bir hökumət ki ölkədə istehsal olunan məhsulu nəinki xarici, heç daxili bazara çıxarmaq imkanı yarada bilməyə, ondan yad ölkələrdəki soydaşlarımızın taleyi üçün nə dərman umasan?! Əlac edəsi olsaydılar, heç yüz minlərə insan isti ocağından didərgin düşüb skinhedlərin hədəfinə çevrilməzdi. Elə parlament sədri özü də dedi ki, rayonlarda meyvə heyvanlara yem kimi verilir. Səbəb? Satış imkanının yaradılmaması, soyuducuların ya işləməməsi, ya da istifadəsinin baha başa gəlməsidir. Qubalı deputatlar da şikayətləndi ki, camaat almanı sata bilmədiyi üçün çaya atır. Bir ölkədə ki alma problemi həll olunmaya, hansı uğurdan danışmaq olar? Öz gömrüyü xalqına qənim olan, öz oliqarxı camaatına divan tutan hökumətin ölkə xaricindəkilərə nə faydasını gözləyəsən? Yekə-yekə Qarabağdan danışanlar Bərdənin, Ağcabədinin əliqabarlı kəndlisinin öz soğanını gətirib Bakı bazarında satmasına da imkan vermir, məhsul çürüyüb gedir.
YAP-çılar neçə gün idi ki, 2013-cü ilin büdcə müzakirələrində “bütün sahələrdə dinamik inkişaf gedir” deyirdi. Özü də bu inkişaf nağılının ardınca hərə ciddi bir problemdən danışdı. Elə parlamentdəki iki komitə iclası, üç plenar toplantı durumun nə qədər acınacaqlı olduğunu göstərdi. Maraqlıdır ki, 2005-2010-cu illərdə müsavatçı deputatların qaldırdığı problemləri bu dəfə YAP-çılar özləri dilə gətirirdi. Hətta “91-lər”in nümayəndəsi, YAP-ın qurucularından olan Arif Rəhimzadə “day bu barədə danışmaqdan yorulmuşam” deyirsə, məsələ aydındır.
YAP-çılar etiraf etdilər ki, müəllim və həkimlər ən az maaş alırsa, bu, ölkəni heç vaxt inkişafa aparmayacaq. Dedilər uşaq pulunun səviyyəsi utandırıcıdır, 10-20 manatlıq məbləğin qalmasındansa onun ləğvi daha yaxşı olar. Dedilər ölkədə ildə 90 min yeni ailə qurulduğu halda cəmi 40 milyonluq ipoteka ilə mənzil problemini qiyamətədək həll etmək mümkün olmayacaq. Dedilər islahatlar aparılmasa, kənd təsərrüfatı, sahibkarlıq sahəsində durğunluq aradan qalxmayacaq. Dedilər Azərbaycanda pensiya hətta Rusiyadan da aşağı həddədir, elm və təhsil sahəsində acınacaqlı durum hökm sürür. Dedilər... Hətta bəziləri vaxt çatışmazlığından bütün problemləri çatdıra bilmədikləri üçün yazılı təqdim edəcəklərini dedilər. Ancaq yenə də sonda dedilər ki, bu büdcəyə, bu hökumətə etimad göstərirlər.
Əslində normalda deputatlar bu qədər problemlərə rəğmən hökuməti yaş yuyub quru sərməli, onu elə bu müzakirələrdə istefaya vadar etməli idi. Bizim parlamentdə isə bir çoxları sanki bəy tərifinə gəlmişdi. Hətta komitə iclasında Ali Attestasiya Komitəsinin rəsmisi “13 manata da dissertasiya oxuyarlarmı” deyib özünün təmsil olunduğu hökumətə üsyan etdi. Amma o dəqiqə də maliyyə nazirinin qəzəbli üzü ilə üzləşdi. Lakin bunun əvəzinə bəzi istisnalar olmaqla deputatlar hökumətin siyasətini mədh etdilər.
Elə buna görə idi ki, Əli Əhmədovu qeyzləndirən olay baş verdi. Nazirlərin əksəriyyəti parlamenti saya salıb müzakirələrə qatılmadı. Bir parlament ki, səlahiyyətini yerinə yetirmək, nəzarət funksiyasını yerinə yetirmək əvəzinə hökumət gələn yola xalı döşəyə, əlbət ki, ona “hörmət” belə olardı. İndi də guya parlament hökumətə vaxt verib. Guya bu nazirlər deputatların təkliflərinə baxıb yenidən büdcəni təsdiqlətmək üçün geri dönəcəklər. Ay hay...
Xalq artisti Zeynəb Xanlarovan “büdcənin həkimlərə, müəllimlərə, alimlərə, pensiyaçılara, əlillərə xeyri olacaq, ya yox” soruşmuşdu. Maliyyə naziri dedi ki, ölkədə müəllim və həkimlərin sayı Avropadan çoxdur. Yəni onlarda bir müəllimə 17 şagird düşürsə, bizdə bir müəllimə 8 şagird düşür. Həkimlər də eləcə. Yəni hökumət müəllim və həkimlərə mesaj verdi ki, az maaş-maaş deyin, yoxsa sizin özünüzü də ixtisara salarıq.
Bu da Zeynəb xanımdan gələn xeyir. Rusiya hökuməti yenə insaflıdır, bazarları ixtisar edir. Belə getsə, bizim hökumət əhalinin özünü də ixtisara salacaq. Onsuz da bütün qanunlar sərtləşdirilir. Aksiyaların qarşısını almaq üçün elə əhalinin özünü ixtisara salmaq kifayətdir. Əhali yoxdursa, mitinq də olmayacaq. Bu qədər sadə yəni...