İnsanlara hürriyət, millətlərə istiqlal!

XALQ PARLAMENTİ İDEYASI MÜSAVATLA AXCP-nin BİRLƏŞMƏSİNƏ NECƏ TƏSİR EDƏ BİLƏR?

1088 26.11.2010 09:48 Siyasət A A

Nurəddin MəmmədliPartiyaların belə bir narahatlığının olmasını AXCP sədrinin müavini Nurəddin Məmmədli də dolayısı ilə dilə gətirib. “Qafqazinfo”ya müsahibəsində N.Məmmədli deyib ki, AXCP ilə Müsavatın birləşməsi məsələsində kənar qüvvələr iştirak etməməlidir: "Bu yalnız iki partiya arasında olan bir məsələdir".
AXCP rəsmisi birləşməklə bağlı hər iki partiyanın daxilində ciddi müzakirələr aparıldığını qeyd edib: “Biz tərəfdən nəzəri mülahizə istiqamətində heç bir addıma ehtiyac yoxdur. Bu məsələni tam partiya daxili konsepsiya əsasında razılaşdırmışıq. Bu haqda bizim qurultayın qərarı var. Bu qərar hamı üçün məcburidir. Bütün problemlərin həlli hazırda Müsavat müstəvisinə yönəlib. Məsələnin müzakirəsi gedir. Yaxın zamanlarda bu haqda fikir söyləmək imkanı yaranacaq”.
“Bu təşəbbüs müsbət nəticə verəcəkmi?” sualına cavabında N.Məmmədli deyib ki, bu, bir siyasi prosesdir. Proses dinamik və dəyişəndir. Hər günün öz hökmü var: “Qərar vermişiksə, bu bizim inamımızdan irəli gəlib. Bunun reallaşması Azərbaycanda siyasi sistemi dəyişmək istiqamətində ən real stimullardan birini yaradır. Bu, Azərbaycanda sağlam qüvvə kimi qəbul olunan ictimai testidir. Bu birliyə qarşı olanların siyasətdə qalma perspektivi yoxdur. Artıq bunun başqa izahı və yönümü yoxdur. Hər halda biz bunu belə qəbul edirik. Açıq şəkildə kimsə bu ideyaya qarşı gedə bilməyəcək. Təbii ki, hakimiyyət tərəfindən bu ideyanın reallaşmasına mane olmaq üçün müxtəlif tendensiyalar var. Bəzi agentliklər artıq bu tendensiyanın vasitəçisinə, alətinə çevrilib. Məqsəd bu birliyə mane olmaqdır. Azərbaycanda 99%-i narazı olan xalqı öz ətrafında birləşdirəcək bir siyasi mərkəzin formalaşmasına imkan verməməkdir”.
Pənah HüseynXalq Parlamenti təklifini forumda irəli sürən AXP lideri Pənah Hüseyn isə qəzetimizə açıqlamasında bildirdi ki, AXCP ilə Müsavatın narahat olmasına ehtiyac yoxdur. Çünki irəli sürülən təklif onların birləşməsinə qarşı deyil: “Mən də forumdan əvvəl keçirdiyimiz müzakirələrdə və forumda hiss etdim ki, dostlarımız Xalq Parlamenti ideyasının aktuallaşmasının indiyə qədər gündəmdə olan bəzi məsələləri, əsasən də Müsavatla AXCP-nin birləşməsi məsələsini kölgədə qoyacağından narahatdırlar. Əslində isə bu narahatlığa lüzum yoxdur. Çünki bunlar fərqli məsələlərdir. Yəni siyasi partiyaların inteqrasiyası ilə bütövlükdə cəmiyyətin, müxalifətin daha geniş çevrələrinin birləşməsi, təşkilatlanması bir-birinə heç bir maneçilik törədə bilməz. Bu iki məsələ paralel getməlidir. Bu iki ideyanın reallaşmasının özü bir-birindən xeyli dərəcədə asılıdır”.
P.Hüseyn Xalq Parlamenti ideyasının reallaşmasının Müsavatla AXCP-nin birləşməsinə təkan verəcəyini vurğuladı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR