İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xalq Kommunist Partiyasına ölüm hökmü çıxardı” – Poroşenko

1716 27.10.2014 01:26 Region A A
Ukrayna prezidenti Pyotr Poroşenko ölkədə keçirilən növbədənkənar parlament seçkilərinin yekunu ilə bağlı xalqa müraciət edib. musavat.com-un Poroşenkonun Mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, prezident deyib ki, “seçkilər - ən yaxşı lüstrasiya (təmizləmə –red.) rolu oynayıb”.

“Xalq məhkəməsi, hansının üstündə ki, yalnız ilahi məhkəmə dayanır, Ukrayna Kommunist Partiyası haqda ölüm hökmü çıxardı. 96 il ərzində ilk dəfə olaraq ölkə parlamentində kommunistlər olmayacaq. Ukraynalılar 5-ci siyasi kolona həlledici zərbə vurdular”, - deyə Poroşenko xüsusi vurğulayıb.

Prezident əlavə edib ki, “Regionlar Partiyasına münasibətdə də ədalət zəfər çalıb, bu partiya seçicilərin etimadını bütünlüklə itirdiyi üçün seçkilərdə iştirak edə bilməyib”. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR