İnsanlara hürriyət, millətlərə istiqlal!

XALQ ARTİSTİNİN OĞLUNUN POLİSƏ ÇAĞIRILMASININ ŞOK SƏBƏBİ BƏLLİ OLDU...

7010 16.12.2012 17:19 Son xəbər A A

Xalq artisti, tanınmış kinoaktrisa Şəfiqə Məmmədovanın oğlu Ülvi Mehdinin Nəsimi rayon Polis İdarəsinə çağırılması barədə ölkə KİV-lərində məlumatlar dərc olunub. Ülvi Mehdinin dostu, bəstəkar Elmir Mirzəyevin sosial şəbəkədədəki səhifəsində yaydığı xəbər əsasında hazırlanan yazılarda qeyd olunurdu ki, onu “Art For Democracy” tədbirində iştirak etdiyinə görə saxlayıblar. İddiaya görə,  Ülvi orada "Turmədə bir gun" hekayəsini oxuyubmış. Lakin bu xəbər yayılandan sonra Elmir Mirzəyev təkzib xarakterli yeni status paylaşıb. Orada yazılır: “Hörmətli KİV nümayəndələri, dünən mənim statusuma istinadən Ülvi Mehdinin polis idarəsinə aparılmasını yaymışdılar. Amma xəbərə mənim yazmadığım və həqiqətə uyğun olmayan bir məqam əlavə edilmişdi. Məlumatda deyilirdi ki, Ülvi “Art For Democracy” tədbirində "Turmədə bir gun" hekayəsini oxuyub. Bu həqiqətə uyğun deyildir. "Turmədə bir gun" hekayəsinin müəllifi Emin Millidir və tədbirdə də onun tərəfindən ilk dəfə səsləndirilmişdi. Lütfən hansısa məlumatı verəndə doğru veriniz”.

Maraqlıdır ki, Ü.Mehdi də özünün “Facebook” səhifəsində polisə çağırılmasının səbəbi barədə məlumat yayıb. "Bakıdakı "Jazz-Center"də Böyük Britaniya səfirliyi tərəfindən təşkil olunmuş tədbirdə əcnəbi diplomatların sənədləri itib. Məni heç bir səbəb göstərmədən polis idarəsinə dəvət etdilər. Orada mənə tanımadığım diplomatın sənədlərinin itməsi barədə məlumat verdilər. Çay süfrəsi ətrafında etdiyimiz söhbət zamanı tədbirdə məhz harada oturduğumu göstərdim. Hadisəyə heç bir aidiyyətimin olmadığına inanıb mənimlə sağollaşdılar" -  deyə, o bildirib. Rejissor polisin ondan şübhələnməsinin səbəblərini də açıqlayıb: "Çünki polisə məlumat verən şəxs, yumşaq desək, murdar administratordur - Caz Mərkəzinin rəhbərliyini təmsil edən xəbərçi. O, hüquq-mühafizə orqanlarına məlumat verib ki, guya mən diplomatın yerində oturmuşam və qatı müxalifətçiyəm. Bunun səbəbi isə odur ki, iki il əvvəl o, hələ ofisiant olarkən məndən artıq hesab almaq istəməsinin üstünü açmışam. Bax, budur heç bir dəyəri olmayan həşəratların iyrənc alçaqlığı. Bəzi bədxahlarım da tapıldı ki, mənim artıq zirzəmidə və polis dubinkası altında olmağım haqqında şayiələr yaydılar. Onu görməyəcəksiniz!" 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR