İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq artistinin alqışlarla yadda qalan konserti - Fotolar

2049 23.05.2016 23:41 Mədəniyyət A A
Beynəlxalq Muğam Mərkəzində xalq artisti, qarmon ifaçısı Ənvər Sadıqovun “Təəssürat” adlı konserti baş tutub.

Musavat.com verir ki, gecədə xalq artistini “Qaytağı” instrumental ansamblı müşayiət edib. Qarmon ifaçısı “Üç gündən bir, beş gündən bir”, “Arı uçuşu”, “Vals papuri”, “Təəssürat”, “Nueva”, “Uzundərə”, “Şalaxo”, “Lay-lay”,  “Naxçıvan”, “Çahargah rapsodiyası” və başqa əsərləri səsləndirib. Xalq artistinin çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. 

Sənətkarı dinləməyə Xuraman, Fidan bacıları, Faiq Şücəddinov, Bəhram Bağırzadə, Murad Dadaşov, Eyyub Yaqubov, Tahir İmanov və başqaları gəlib. 


Könül İbrahim,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR